Kosmik hava durumu və proqnozu AÇIQLANIB
Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş aktivliyi artmış, 2 C sinifli və 4 M sinifli alışma baş vermişdir. Maksimum sinifli alışma 3293 oblastında baş vermiş M 7.2 sinifli alışma olmuşdur. Bu alışmalar nəticəsində R1-R2 səviyyəli radiosiqnalların kəsilməsi və II-IV tip radioemissiya və 10 sm-lik radioalışmalar (radioburst) qeydə alınmışdır. Hazırda Günəşin səthində 5 ləkə qrupu və 99 ləkə var. Bəzi ləkələr mərkəzi meridiana yaxınlaşdığından kosmik havanın aktiv olacağı gözlənilir. Həmçinin 4, 5 və 7 may tarixlərində Yerə istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılması) qeydə alınmışdır.
Enerjisi 2 MeV-dən çox olan elektron seli həftə ərzində yüksək səviyyədə olmuşdur ( max: 8863 pfu). 10 MeV-dən çox enerji yüklü proton seli isə həftənin əvvəli fon səviyyəsində olmuş, 8 may tarixində isə 4 mayda baş vermiş CME-nin təsiri ilə yüksəlmişdir.
Hesabat dövründə Günəş küləyinin sürəti zəifləyərək, orta sürət (500 km/s) ətrafında olmuşdur. Ha-hazırda planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 19 nT, radial istiqamətdə isə -9 nT təşkil edir.
Hesabat dövründə mayın 4-də baş vermiş Tac Kütlə Atılmasının təsiri ilə 6 may tarixindən geomaqnit qasırğası başlamış, G2 səviyyəsinə kimi yüksəlmişdir və hazırda da davam etməkdədir.
Kosmik hava proqnozu – Proqnoz günlərində C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif isə 15% təşkil edir.
Ardıcıl baş vermiş Tac Kütlə Atılmaları ilə əlaqədar olaraq 2 MeV-dən çox enerjili elektron selinin, eyni zamanda enerjisi 10 MeV-dən çox olan proton selinin proqnoz dövründə yüksək səviyyələrə qalxacağı ehtimal edilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 15% təşkil edir.
Müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) və 4-6 mayda baş CME-nin təsiri ilə Günəş küləyinin sürətini saxlayacağı gözlənilir.
Növbəti günlərdə qasırğanın G3 (güclü) səviyyəsinə qədər yüksəlmək ehtimalı var. Ümumilikdə isə kosmik hava 10 may tarixinə kimi qeyri-stabil olacaqdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.