BDU-da “Heydər Əliyev və milli-mənəvi irsimiz” mövzusunda Respublika elmi konfransı
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi irsimiz” mövzusunda Respublika elmi konfransı keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, müxtəlif ali təhsil müəssisələrində fəaliyyət göstərən elm adamları, gənc tədqiqatçı və tələbələr iştirak ediblər.
Öncə Dövlət himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan BDU-nun Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elmi, təhsli, mədəniyyəti və ədəbiyyatının inkişafındakı misilsiz tarixi xidmətlərindən, Ulu Öndərin şəxsiyyətinin formalaşmasında ədəbiyyatın rolundan, onun Azərbaycan ədəbiyyatına, ədəbiyyat xadimlərinə göstərdiyi xüsusi diqqət və qayğıdan, banisi olduğu azərbaycançılıq ideologiyasından, Azərbaycan filologiyasının inkişafına verdiyi əvəzolunmaz töhfələrdən bəhs edib. Çıxışda Ümummilli Liderin rəhbərliyi və təşəbbüsü ilə görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin qeyd olunması, Qarabağın maddi-mədəni irsinin qorunması ilə bağlı həyata keçirdiyi işlərdən, habelə bu ənənələrin müasir mərhələdə uğurla davam etdirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolundan geniş söz açılıb.
Sonra BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova “Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü”, Türkologiya kafedrasının professoru Elbrus Əzizov “Azərbaycan dilinə Heydər Əliyev qayğısı”, “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov “Heydər Əliyev müstəqil türk dövlətləri arasında mədəni əlaqələrin qurucusu kimi” adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə Ulu Öndərin müstəqil Azərbaycanın memarı kimi tarixi xidmətlərindən, türk dünyası ilə mədəni və siyasi əlaqələrin qrurulmasında müstəsna rolundan, Azərbaycan dilinin dövlət dili olması uğrunda apardığı mübarizədən və müasir mərhələdə həmin işlərin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurlu davam etdirilməsindən danışılıb.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Hacıyevin sədrliyi ilə “Heydər Əliyev və milli-mənəvi irsimiz”, İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri, professor Abbas Abbasovun sədrliyi ilə “Dilçilik”, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədovun sədrliyi ilə “Ədəbiyyatşünaslıq” bölmələrində 90-a yaxın məruzə dinlənilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.