“Müstəqil Azərbaycanın memarı – Heydər Əliyev 100” müsabiqə-sərginin qalibləri müəyyənləşib
Görkəmli dövlət xadimi, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Müstəqil Azərbaycanın memarı – Heydər Əliyev 100” adlı tələbələrin rəsm və əl işlərindən ibarət müsabiqə-sərginin açılışı olub.
Sərgi universitetin Azad Həmkarlar İttifaqı Komitəsi və Tarix Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Sərginin keçirilməsində məqsəd tələbələrin ulu öndər Heydər Əliyevə böyük sevgisinin nümayişi, dahi şəxsiyyətin həyat və fəaliyyətinin, onun fəaliyyətin ana xətti olan milli məfkurə, dövlətçilik və Azərbaycançılıq ideyasının gənclər arasında təbliğidir.
Sərginin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra sənətsevərlər əl işləri və rəsmlərlə tanış olublar.
Sərgidə universitetin Memarlıq fakültəsi və İnşaat Kollecindən olan tələbələrin ümumilikdə 80-dən çox rəsm və əl işi nümayiş olunub. Tələbələr qrafika, portret,natürmort, peyzaj və s. janrlarda kətan üzərində yağlı boya və karandaşla çəkdikləri, nimçə üzərində yaratdıqları əl işlərini sərgi iştirakçılarına təqdim ediblər.
Sonda müsabiqə-sərgidə münsiflər tərəfindən seçilmiş 3 ən yaxşı işin müəllifləri xüsusi diplom və hədiyyələrlə mükafatlandırılıb.
İnşaat Kollecinin 3 müəlliminə, eləcə də digər iştirakçılara təşəkkürnamələr təqdim olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.