Yüksək Texnologiyalar Parkının şöbə müdiri Türkiyədə beynəlxalq konfransda məruzə ilə çıxış edib
AR Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının şöbə müdiri Bünyamin Seyidov Bursa Uludağ Universitetinin Fəlsəfə Bölümü və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin birgə təşkilatçılığı ilə Bursa şəhərində keçirilən beynəlxalq konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib.
Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən konfransda Bünyamin Seyidov “Dövlətlər və liderlər: 100-cü ildən baxış” adlı məruzə ilə çıxış edib.
Şöbə müdiri məruzəsində Ümummilli Lider Heydər Əliyevin timsalında liderlik xüsusiyyətləri, eləcə də ötən 100 ildə Türkiyə Cümhuriyyətinin dövlətçilik ənənələri və son dövr Azərbaycan-Türkiyə munasibətlərinin inkişaf istiqamətlərindən bəhs edib. Bünyamin Seyidov, həmçinin beynəlxalq konfransın üçüncü bölümünə moderatorluq edib.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvləri - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva, həmin institutun əməkdaşları, fəlsəfə üzrə fəlsəfə doktorları, dosentlər Faiq Ələkbərov və Hüseyn İbrahimov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Yeganə Məmmədova, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasova və Sumqayıt Dövlət Universitetinin dosenti Kəmalə Salamova təqdimatlarla çıxış ediblər.
Azərbaycanlı alimlərin “Bir millət, iki dövlətin yenilməzlik fəlsəfəsi”, “Azərbaycançılıq ideologiyası”, “Heydər Əliyevin qadın hüquqlarının qorunması siyasəti və qadınlarıın cəmiyyətdə rolunun inkişaf etdirilməsi stratyegiyası”, “Heydər Əliyev siyasətinin gənclərin psixoloji inkişafında təsiri”, “Türkiyə Cümhuriyyətinin qurulmasında Azərbaycan türklərinin rolu” və “Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda məruzləri maraqla qarşılanıb.
Konfransda Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türk Dövlətləri Təşkilatının Azərbaycan Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Bursa Uludağ Universitetinin prorektoru, prof. Adem Doğangün, Bursa Böyükşəhər Bələdiyyə sədrinin müavini Əli Mersin, eləcə də Qarabağ qaziləri və azərbaycanlı tələbələr iştirak ediblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Bursa Uludağ Universitetinin ULUTEK Texnoparkı ilə də tanış olub. ULUTEK Texnoparkının baş direktoru, professor İrfan Karagöz qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Görüşdə ULUTEK Texnoparkı ilə Elm və Təhsil Nazirlliyinin Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq imkanları müzakirə edilib, müştərək proqramların hazırlanması, rezidentlər arasında iş birliyinin qurulması, həmçinin ULUTEK Texnoparkında Azərbaycandan olan layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.