Nizami adına Daşkənd Dövlət Universitetində
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev – Azərbaycan və Özbəkistan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin banisi” adlı beynəlxalq konfrans keçirilmişdir.
Konfrans iştirakçıları ilk öncə Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin önündəki Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına tər gül-çiçəklər qoyublar.
Daha sonra Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində davam edən beynəlxalq konfransda, tədbir iştirakçıları ilk öncə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş Heydər Əliyevə aid foto və nəşr sərgisi ilə tanış olublar.
Universitetin böyük akt zalında davam edən beynəlxalq konfransı giriş sözü ilə açan Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abduqaffor Qırğızbayev Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən söz açıb, onun təkcə Azərbaycan üçün deyil, Özbəkistan üçün də çox böyük və dəyərli şəxsiyyət olduğunu bildirib. Abduqaffor Qırğızbayev Heydər Əliyevin Sovetlər dönəmində özbək xalqına qarşı həyata keçirilən Pambıq işi və başqa faciə və təxribatların qarşısının alınmasında fədakarlığını xatırladıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Heydər Əliyev şəxsiyyəti, ulu öndərin rəhbərliyi dövrlərdə xalqımızın maraqlarını təmin etmək və onun gələcəyini düşünməsi, Türk dünyası ilə bağlı fikirləri, Özbəkistanla dövlətlərarası əlaqələrin və əməkdaşlığın qurulmasında və inkişafında xidmətlərini qeyd edib.
Konfransda çıxış edən Özbəkistan Respublikasının Beynəlxalq Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədr müavini Zafarbek Axmedov, Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetinin professoru, fəlsəfə elmləri doktoru Cəmilə Şermuhamedova Azərbaycanla münasibətlərin daim Özbəkistan üçün prioritet olduğunu, Heydər Əliyev tərəfindən möhkəm təməli qoyulan münasibətlərimizin bu gün onun layiqli davamçısı, Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirildiyin vurğulayıblar.
Beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, Özbəkistan Ali Məclisinin deputatı Gülbahor Səidqəniyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, iki qardaş respublika arasında həm Sovet dövründə, həm də müstəqillik əldə etdikdən sonra münasibətlərin qurulması və inkişafında Heydər Əliyevin tarixi rolunun olduğunu qeyd ediblər.
Digər çıxışçılar Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, dosent Kərəm Məmmədov, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru, tarix elmləri doktoru Abrar Həzrətqulov və tərcüməçi alim Babaxan Şərif Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində, ictimai-siyasi həyatında, daxili-xarici siyasətində, mədəniyyətində, elmində, dövlətlərimiz arasındakı münasibətlərdə müstəsna xidmətlərinə dair məruzələr ediblər.
Konfransın aktiv təşkilatçıları və iştirakçılarına Özbəkistan Beynəlxalq Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin və Özbəkistan Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri diplomları təqdim edilib.
Bədii hissə ilə davam edən tədbirdə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin “Altun miras” ansamblının üzvləri Özbək və Azərbaycan musiqilərini ifa ediblər.
Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova milli musiqilərimiz və populyar Özbək musiqilərini ifa etmişdir.
Çıxışlar tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanmışdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.