“Məktəb Liderliyi Proqramı”nın I çağırışının bağlanış mərasimi keçirilib
Mayın 2-də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) tərəfindən birgə icra olunan “Məktəb Liderliyi Proqramı”nın I çağırışının bağlanış mərasimi keçirilib. Tədbirdə Elm və Təhsil nazirinin müavini Həsən Həsənov, ADPU-nun rektoru professor Cəfər Cəfərov, nazirliyin və universitetin müvafiq struktur rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Baku Marriott Hotel Boulevard”da keçirilən təntənəli tədbirdə əvvəlcə ADPU-nun tələbələrindən ibarət xor ansamblının ifasında Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, “Məktəb Liderliyi Proqramı” ümumtəhsil müəssisələrinin idarə olunmasında yeni – müasir yanaşmalara, təcrübələrin tətbiqinə dair ilk belə əhatəli proqramdır. Rektor bildirib ki, ADPU mütəxəssis və təhsil liderləri hazırlığında böyük təcrübəyə malik ixtisaslaşmış ali təhsil müəssisəsidir. Bu baxımdan bizlər, anlayırıq ki, XXI əsrin müəllimi təkcə ixtisas bilikləri yox, səriştələr, çevik qərarlar qəbulu, vizyona doğru irəliləmə kimi bacarıqlara da yiyələnməlidir ki, bunun üçün bu tip proqramların icrası olduqca vacibdir. C.Cəfərov diqqətə çatdırıb ki, ADPU-da uğurla icra olunan SABAH magistratura, ADPU-CVU ikili diplom proqramı, MBA (təhsilin təşkili və idarə olunması, təhsil üzrə marketinqin idarə olunması) kimi formal təhsil liderliyi proqramları ilə yanaşı, “Məktəb Liderliyi Proqramı” da bu sahədə çalışanlar üçün informal qısamüddətli təhsil imkanı yaradan unikal platformadır.
ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva “Məktəb Liderliyi Proqramı” çərçivəsində görülən işlərə dair qısa təqdimatla çıxış edib. Təqdimatda qeyd olunub ki, dünya təcrübəsi göstəriri ki, müasir dövrdə effektiv məktəb liderliyinin olmadığı bir məktəbdə yüksək şagird nailiyyətləri qazanıla bilməz. Belə olan halda ənənəvi məktəb idarəediciliyi və liderlik arasında fərq aydın görünür.
Prorektor qeyd edib ki, indiyədək Elm və Təhsil Nazirliyi tərəfindən təhsil liderliyinin inkişafı ilə bağlı bie neçə layihə, direktorlar kursu icra olunub. Bu proqramın dizayn edilməsində əvvəlcə, varislik və mövcud təcrübənin araşdırılması prinsipini əsas tutaraq, nazirliyin icra etdiyi bu tip proqramların ölkə üzrə 500 nəfərədək məzunu ilə sorğular aparılmışdır. Sorğuda iştirak edənlərin əksəriyyəti belə layihələrin faydalı olduğunu və iş fəaliyyətlərində tətbiq etdiklərini, yeni proqramların icrasını tövsiyə etdiklərini qeyd etmişlər, “Məktəb Liderliyi Proqramı”nın məzmunu hazırlanarkən soröuda iştirak edənlərin ən çox ehtiyac duqduqları idarəetmə, kargüzarlıq kimi sahələr nəzərə alınmışdır.
Məlumat verilib ki, “Məktəb Liderliyi Proqramı”na 5 ildən az olmayaraq pedaqoji iş təcrübəsi olan istənilən şəxs müraciət edə bilər. Qəbul elektron sənəd qəbulu, test və müsahibə mərhələlərindən ibarətdir. İmtahan mərhələsi bu tip layihələrdə ilk dəfə olaraq, tənqidi oxu-anlama və rəqəmsal, düşüncə testləri və esse mərhələləri üzrə aparılmışdır. Proqrama seçilən Bakı, Sumqayıt və Abşeron məktəblərindən olan 48 müəllim, direktor, direktor müavini və məktəb psixoloqları sahəsinin ən yaxşılarından olan yerli və Türkiyədən dəvət olunan peçəkar mütəxəssislərin məktəbin idarə olunması və liderlik, tədrisin təşkili və idarə edilməsi, təhsildə qiymətləndirmə, məktəbdə heyətin idarə edilməsi, məktəbdə ünsiyyətin təşkili və idarə edilməsi modulları üzrə 145 saatlıq təlimlərində iştirak ediblər.
Vurğulanıb ki, I şağırış elan olunanda proqrama ümumilikdə, 1000 nəfərdən çox müraciət qeydə alınıb. Onlardan Bakı, Sumqayıt və Abşeron yarımadası üzrə bütün mərhələləri keçən 48 nəfər proqrama qəbul olundu və modullar üzrə təlimlərə cəlb olundu. Artıq bu gün proqramdan məzun olan bu iştirakçıların 30 faizə qədəri müxtəlif ümumtəhsil müəssisələrində direktor vəzifəsində çalışırlar. Hazırda icra olunan II çağırış üzrə isə 845 nəfər imtahan mərhələsində iştirak edib və böyük marağı nəzərə alaraq, yaxın zamanda 100 nəfər regional, 50 nəfər Bakı, Sumqayıt, Abşeron olmaqla, ümumilikdə, 150 nəfərin proqramın II çağırışına seçilməsi nəzərdə tutulur.
Təqdimatdan sonra layihə haqqında qısa videoçarxın nümayiş etdirilib.
Başkent Universitetinin Təhsil İnstitutunun direktoru, Məktəb Liderliyi Proqramında “Məktəb idarəetməsi və liderlik” modulunun müəllimi professor Sərvət Özdəmir çıxışında qeyd edib ki, XXI əsrin məktəbinə yeni yanaşmalar tələb olunur. Bu gün potensialın üzə çıxarılması üçün idarəçilikdən daha çox liderliyə ehtiyac var. Təhsildə liderlik isə həmişə hərəkətdə olmaq, öyrənməyə davam etmək, daim trendlərin önündə olmaqdır. Türkiyəli professor bildirib ki, məktəblərin əsas vəzifəsi bu günün həyatına hazır, düşünən, sual verən, nəticə çıxara bilən, araşdıran şəxslər yetişdirməkdir. O vurğulayıb ki, yaxın gələcəkdə məktəb və universitetlər tam anlamı ilə dəyişiləcək, buna hazır olmaq lazımdır, çevik yanaşmalar lazımdır.
S.Özdəmir, bu proqramın icrasını Azərbaycan təhsili üçün olduqca önəmli addımlardan biri kimi dəyərləndirərək, son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində əldə olunan nəticələri yüksək qiymətləndirib.
Daha sonra proqramın məzunlarından Bakı ş., S. Abdullayev adına 290 nömrəli tam orta məktəbin direktoru Yeganə Abdullayeva və Bakı ş., 329 nömrəli tam orta məktəbin direktoru Elnur Mirzəyev öz təəssüratlarını bölüşüblər.
Təltifetmə mərasimində proqramın modullar üzrə müəllimlərinə və məzunlara plaket və sertifikatlar təqdim olunub.
Sonda xatirə şəkili çəkdirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.