Yüksək Texnologiyalar Parkının inkubator-rezidenti “Biznesdə qadınların gücü” layihəsində 1-ci yerin qalibi olub
AR Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının inkubator-rezidenti olan “SmFreshOil” brendinin sahibi, “ABAD”çı Maya Səbzəliyeva qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması və onlara dəstək məqsədilə həyata keçirilən “Biznesdə qadınların gücü” layihəsində mükafata layiq görülüb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “Marsol Group”un tərəfdaşlığı ilə keçirilən müsabiqədə M.Səbzəliyeva 1-ci yerin qalibi olaraq 5000 manat pul mükafatına layiq görülüb. M.Səbzəliyevaya mükafat “SmFreshOil” brendinin inkişaf etdirilməsi üçün təqdim edilib.
Tədbir çərçivəsində qadın sahibkarların məhsullarından ibarət kiçik sərgi də təşkil olunub.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayından start götürmüş layihədə iştirak etmək üçün 134 qadın sahibkar müraciət edib. Onların arasından müvafiq meyarlara uyğun olan, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində fəaliyyət göstərən 23 iştirakçı seçilib. Layihə müddətində qadın sahibkarlar biznes biliklərinin artırılması üçün 10-dək müxtəlif təlimlərə cəlb edilib, onlara məsləhət xidməti və mentor dəstəyi göstərilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.