BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə “Kitabxana işinin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kitabxana işinin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı elmi seminar keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollecin direktoru Səhər Orucova Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsi məsələsinin xüsusi yer tutduğunu söyləyib: “İstər sovet dövründə, istərsə də müstəqillik illərində kitabxana işinin inkişafında dahi rəhbər Heydər Əliyevin rolu böyük olub. Məhz Ulu Öndərin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan 1970-1980-ci illərdə özünün ən yüksək inkişaf səviyyəsinə çatıb. Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ölkəmizdə əsl vətəndaş cəmiyyəti quruculuğuna başlanılıb. Ona görə də 1993-1999-cu illər Azərbaycanda kitabxana işinin tarixinə kitabxanaların qorunub saxlanılması uğrunda mübarizə illəri kimi daxil olub”.
Səhər Orucova Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyein bütün sahələrdə olduğu kimi, ölkəmizdə kitab nəşri işinə və kitabxanaların inkişafına böyük töhfələr verdiyini vurğulayıb.
BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova Ümummilli Liderin kitabxanalara qayğısı, kitabxana sisteminin qorunub saxlanması sahəsində həyata keçirdiyi tədbirlərdən söz açıb. Kollecin kitabxana müdiri Qətibə Qasımova Ulu Öndərin kitabxanalarla bağlı verdiyi fərman və sərəncamları xatırladıb, onun elmə, ədəbiyyata, mədəniyyətə, incəsənətə göstərdiyi qayğıdan danışıb.
Kollecin müəllimləri Kərəm Quliyev “Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti”, Sona Abdulova “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, Kitabxana işi ixtisasının tələbələri Nazlı Hüseynzadə “Təhsil millətin gələcəyidir”, Zülfiyyə Abdurrəhmanova “Kitabla inkişaf edək” adlı məruzələrlə çıxış ediblər. Tələbələr Jalə Axundzadə, Xəyalə Həsənova şeirlər səsləndiriblər. Tələbələr Anar Ələsgərov, Təcibə Ağayeva, Elvin Mərdanov tərəfindən “Əsl məhəbbət haqqında” adlı səhnəcik göstərilib.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.