BDU-da “Təhsildə modernləşmə və innovasiyalar dövrün tələbidir” mövzusunda Respublika elmi-praktik konfransı
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik ildönümünə həsr olunmuş "Təhsildə modernləşmə və innovasiyalar dövrün tələbidir" mövzusunda Respublika elmi konfransı keçirilir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov son illər təhsil sahəsində aparılan islahatlar, qlobal çağırışlar barədə məlumat verib. Qeyd edib ki, yaradıcı, müstəqil düşüncə qabiliyyətinə malik gənclərin formalaşdırılması müəllimlərin, pedaqoji işçilərin qarşısında mühüm vəzifə olmalıdır. "Təhsildə modernləşmə və innovasiyalar dövrün tələbidir" mövzusunda keçirilən Respublika elmi konfransı təlim-tərbiyə işinin təşkilində mühüm rol oynayacaq.
BDU-nun Pedaqogika kafedrasının professoru Nübar Muxtarova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, professor, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov, Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, professor İntiqam Cəbrayılov, İnstitutun elmi katibi, professor Akif Abbasov çıxışlarında Ümummilli Liderin elm və təhsil siyasəti barədə məlumat verib, təhsil sahəsində həyata keçirilən innovativ layihələrin əhəmiyyətini vurğulayıblar.
Konfransda “Ulu öndər Heydər Əliyevin azərbaycançılıq konsepsiyasında milli-mənəvi və ümumbəşəri ideyaların təcəssümü”, “Mir Cəlal Paşayev yaradıcılığında təlim-tərbiyə məsələləri”, “İrəvan Müəllimlər Seminariyasının inkişaf tarixi”, “II Qarabağ savaşında milli vətənpərvərliyin təcəssümü”, “Şəxsiyyət yönümlü təhsil”, “İnkişafetdirici təlimin aktual məsələləri”, “İnsan kapitalının inkişafı kontekstində təhsil”, “Qloballaşma şəraitində milli-mənəvi və ümumbəşəri dəyərlərin inkişaf zəruriliyi”, “Multikulturalizm konsepsiyasında pedaqoji məsələlər”, “İdarəetmədə demokratiklik”, “Müasir müəllim modeli”, “Təhsilə yeni yanaşmalar” mövzularında müzakirələr aparılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.