Elm və təhsilin inteqrasiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda həyata keçirilən islahatların mühüm istiqamətlərindəndir. Botanika İnstitutu tələbələrin və şagirdlərin təcrübə keçmələri, müxtəlif maarifləndirici görüşlərin təşkili, tədris prosesində elmiliyin artırılması istiqamətində daim töhfələr verir.
Şəki şəhəri 11 saylı orta məktəbin XI sinif şagirdləri İlkanə Məmmədova və Xədicə Abdulhəmidli kimya fənn müəllimi Xatirə Şabəddinova ilə birgə AR ETN Botanika İnstitutunda olublar. İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva şagirdlərə bitkilərdən cövhər və məcunların alınması üzrə bəzi elmi tovsiyyələr verərək, İnstitutda olan elmi mühit və təcrübədən yararlanmağa dəvət edib. Professor şagirdlərdə biologiya elminə marağın artırılması istiqamətində belə təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, bu ənənənin gələcək illərdə də davam etdirilməsi Botanika İnstitutunun qarşıya qoyduğu məqsədlərdəndir.
Şagirdlər İnstitutun Etnobotanika şöbəsində bitkilərdən bioloji fəal maddələrin alınması sahəsində yetərincə təcrübəli mütəxəssis sayılan Elvin Kərimli ilə birlikdə etnobotaniki üsulla müəyyən xəstəliklərin müalicə üsullarına aid təcrübə aparıblar. Təcrübə zamanı şagirdlər Azərbaycan florasında geniş yayılmış dərman bitkilərindən bioloji fəal maddələrin alınma üsullarının öyrənilməsi, praktiki laboratoriya vərdişlərin mənimsənilməsi, eləcə də alınan bioloji fəal maddələrin xalq təbabətində və əczaçılıq sahəsində tətbiqi və istifadəsi metodlarını mənimsəyiblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.