Akademik Gövhər Baxşəliyeva:
“Ulu Öndərin xarici siyasətində Türk Dövlətləri Təşkilatı və bu birliyə daxil olan qardaş ölkələrlə əməkdaşlıq həmişə rəhbər tutulub”
Ulu Öndər dövlətin xarici siyasətində Azərbaycanın Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni və s. sahələrdə körpü rolunu oynamasından maksimum istifadə etməyə çalışırdı. Onun xarici siyasətində, Şərqə münasibətdə, qonşu ölkələrlə, xüsusən Türkiyə, Pakistan və digər ölkələrlə münasibətlərdə dahi uzaqgörənlik, müdriklik və mahir davranış həmişə duyulurdu. Azərbaycanla çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələri ilə bərabərhüquqlu münasibətlər qurulur, regionda yerləşən bütün dövlətlərlə mehriban qonşuluq əlaqələri saxlanılır, bu əlaqələr inkişaf etdirilərək möhkəmləndirilirdi və indiyədək də bu siyasət uğurla davam etdirilir.
Bu sözləri AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının Ulu Öndərə həsr olunmuş Xüsusi iclasında “Heydər Əliyevin Şərq siyasətində türk dünyası” mövzusunda çıxışı zamanı deyib.
Akademik qeyd edib ki, burada əsasən dünyada geostrateji əhəmiyyətə malik olan, eyni zamanda region problemləri ilə hər hansı bir əlaqəsi olan və bizə coğrafi və siyasi cəhətdən yaxın olan ölkələrlə münasibətlərə daha cox diqqət yetirilirdi. Belə ölkələrə birinci növbədə Türkiyə, Pakistan İran, Səudiyyə Ərəbistanı, Misir və s. aiddir. Bu və İslam Əməkdaşlıq Təşkilatına daxil olan digər ölkələrin Azərbaycana dəstəyi, mənəvi yardımı gənc dövlətimiz üçün çox vacib idi. Bütün bu amilləri nəzərə alan Ümummilli Lider Heydər Əliyevin apardığı siyasət nəticəsində bu sahədə böyük uğurlar qazanılmış və qazanılmaqdadır.
“Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə respublikanın milli maraqlarını əks etdirən bir çox sahələrdə olduğu kimi, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına yeni təkan verən mərhələnin əsası qoyuldu. Bu, hər iki ölkənin daxili vəziyyətini, beynəlxalq şəraiti, Azərbaycan və Türkiyənin maraqlarını çevik və realistcəsinə əks etdirən bir mərhələ idi. Heydər Əliyevin hazırladığı və yön verdiyi xarici siyasət kursu, sözün həqiqi mənasında, həssaslığı və çevikliyi ilə fərqlənirdi. Məhz bu səbəbdən Heydər Əliyev tərəfindən ifadə edilən “Bir millət, iki dövlət” şüarı iki qardaş ölkə arasında hərtərətli inkişafın rəmzinə çevrildi”, - deyə Gövhər Baxşəliyeva bildirib.
Akademik Gövhər Baxşəliyeva vurğulayıb ki, Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanla Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan arasında ikitərəfli şəkildə hərbi, iqtisadi, texniki və elm sahələrində əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.
Məruzəçinin sözlərinə görə, müxtəlif çıxışlarında Ulu Öndər türk dünyası, müstəqil türk dövlətləri ilə bağlı proqram xarakterli mülahizələr söyləmiş, türk dövlətlərinin imkanlarını birləşdirərək, mövcud, yaxud yarana biləcək problemlərin həllinə birgə səy göstərməyə, bununla da qardaş dövlətlərin inkişafını, tərəqqisini və beynəlxalq aləmdə nüfuzunu təmin etməyə çalışmışdır: “Beləliklə, Ulu Öndərin xarici Şərq siyasətində Türk Dövlətləri Təşkilatı və bu birliyə daxil olan qardaş ölkələrlə sıx dostluq və əməkdaşlıq prinsipləri həmişə rəhbər tutulub və böyük uğurla həyata keçirilib”.
Akademik çıxışının sonunda bildirib ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanın Prezidenti kimi fəaliyyəti Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş daxili və xarici siyasət kursunun, o cümlədən Türk Dövlətləri ilə əlaqələrin uğurla davam etdirilməsiylə xarakterizə olunur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.