Milli Məclisin komitə sədri Sadiq Qurbanov:
“Ulu Öndərin kəşf etdiyi azərbaycançılıq ideologiyası sözün əsl mənasında mükəmməl bir milli birlik platformasıdır”
Heydər Əliyevdə hadisələrin gedişini izləmək, qabaqcadan görmək və qərarları lazımi məqamda vermək istedadı vardı. Siyasəti empirik elm kimi əsaslandıran, öz təlimi ilə öz dövrünü xeyli qabaqlamış İtaliya filosofu Makiavelli göstərirdi ki, siyasətin ali məqsədi, əsas problemi zamanın xarakterinə və qərar qəbul olunan məqamda spesifik şəraitə uyğun gələn hərəkət obrazını tapmaqdan ibarətdir. Heydər Əliyevin siyasət fəlsəfəsində siyasi əxlaqın ali tələbləri dövlət, xalq maraqlarına tabedir. Heydər Əliyevin dahiyanə zəkası, kompleks siyasət yeritməsi, müdrik siyasət fəlsəfəsi düşüncələrə hakim kəsilmişdir.
Bu sözləri AR Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Sadiq Qurbanov mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının Ulu Öndərə həsr olunmuş Xüsusi iclasında “Heydər Əliyevin dövlətçilik təlimində Azərbaycançılıq ideologiyası” mövzusunda çıxışı zamanı deyib.
Sadiq Qurbanov qeyd edib ki, Heydər Əliyev şəxsiyyəti, onun siyasi fəaliyyəti və tarixi siyasət məktəbi Azərbaycanın ictimai-milli şüurunda əvəzsiz rol oynayıb, o, vətəndaş fəallığı ilə qətiyyət və prinsipiallığı, hərtərəfli hazırlığı, dərin biliyi, geniş siyasi və mədəni dünya görüşü olan rəhbər kimi dünyanın bütün mürəkkəb proseslərindən baş çıxardaraq və dahiyanə qərarları ilə xalq arasında böyük hörmət qazanıb.
“Ümummilli Lider Heydər Əliyevin dövlətçilik düşüncəsinin mayasını müstəqillik ideyası təşkil edib. Heydər Əliyev müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünü dərk etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünəri ilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı. Heydər Əliyev dövlətçilikdə müstəqillik ənənələrinin möhkəmlənməsində tarixi varislik kontekstində yeni ideoloji konsepsiya irəli sürürdü. Bu konsepsiya azərbaycançılıq ideologiyası idi. Heydər Əliyevin yaratdığı konsepsiya tarixi şüura əsaslanırdı. Odur ki, yeni konsepsiya tarixi varislik və yeni siyasi şərait konteksində qiymətləndirilməlidir”, - deyə məruzəçi diqqətə çatdırıb.
Heydər Əliyevin azərbaycançılıq təliminin tarixi-siyasi prinsiplərinin elmi şəkildə tədqiq edilməsinin vacibliyini vurğulayan komitə sədri bildirib ki, millilik, dövlətçilik, müstəqillik və dünyəvilik görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik ideologiyasının əsaslarını təşkil edib. Heydər Əliyevin azərbaycançılıq təlimi müstəqil dövlətçilik ideologiyası olmaqla bərabər, dövlət müstəqilliyimizin ideya-siyasi istiqamətini bəyan edir.
Sadiq Qurbanov onu da qeyd edib ki, Azərbaycan dili, Azərbaycan xalqı və müstəqil Azərbaycan dövlətçiliyi anlayışlarından hər biri Heydər Əliyev tərəfindən müəyyən edilmiş azərbaycançılıq ideologiyasının əsas atributlarıdır. Heydər Əliyevin Azərbaycan dili və Azərbaycan xalqı təlimi ölkəmizdə ümummilli birlik və həmrəylik yaratmağın nümunəsidir. Ulu Öndər Heydər Əliyevin kəşf etdiyi azərbaycançılıq ideologiyası sözün əsl mənasında mükəmməl bir milli birlik platformasıdır.
Məruzəçinin sözlərinə görə, Heydər Əliyev fenomenindən Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələri zəminində tarixi varislik və şəxsiyyətin miqyası özünün parlaq nümunəsində göstərir: “Prezident İlham Əliyevin timsalında həm Azərbaycanın çoxəsrlik dövlətçilik təcrübəsi, həm də Ümummilli Lider kimi görkəmli bir tarixi şəxsiyyətin, böyük dövlət xadiminin dövlətçilik məktəbi XXI əsrin yeni tipli liderini meydana qoymuşdur. Beləliklə, Prezident İlham Əliyevin simasında tarixi liderlik ənənəsi ilə siyasi liderlik bir-birini tamamlamışdır. XXI əsr Azərbaycanın tarixində iqtisadi, mədəni, siyasi, diplomatik istiqamətlərdə baş verən bütün transformasiyaların, modernləşmə proseslərinin, möhtəşəm inkişafın arxasında qüdrətli bir liderin dayandığını, yeni tipli bir görkəmli dövlət xadiminin respublikaya uğurla rəhbərlik etdiyini danılmaz faktdır. Prezident İlham Əliyevin çevik idarəçilik modelinin və praqmatik siyasətinin mahiyyəti ölkəmizdə qazanılan böyük nailiyyətlərin və dünya birliyində əldə edilmiş mühüm nəticələrin təzahürüdür”.
Komitə sədri çıxışının sonunda Heydər Əliyevin qəbul etdiyi azərbaycançılıq ideologiyasının Azərbaycanın uğurlu gələcəyinin təminatçısı olduğunu bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.