Professor Yüksel Özgen:
“Heydər Əliyev Qafqaz regionunda sülhün, sabitliyin və inkişafın əldə olunmasında mühüm rol oynayıb”
Qafqazda, Anadoluda və hətta Avrasiya regionunun tarixində mühüm rol oynayan dövlətlərdən biri Türkiyə, digəri isə Azərbaycandır. Milli-mədəni bağları olan bu iki dövlət öz tarixi proseslərində oxşar hadisələri yaşayıblar. Azərbaycan 28 may 1918-ci ildə müstəqilliyini elan edərək Şərqin və Türk Dünyasının ilk Cümhuriyyəti olmuşdur. Osmanlı Məclis-i Məbusanın 22 yanvar 1920-ci il tarixli iclasında Azərbaycanın müstəqilliyi rəsmi olaraq tanınmışdır. Azərbaycan hökuməti Osmanlı hökuməti ilə əlaqələrini davam etdirməklə bərabər, Mustafa Kamal liderliyindəki İstiqlal mübarizəsi aparan heyətlə də dolayı yollarla münasibətlərini davam etdirmişdir.
Bu sözləri Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Yüksel Özgen mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının Ulu Öndərə həsr olunmuş Xüsusi iclasında “Bir millət – iki dövlət” strategiyası: Mustafa Kamal Atatürkdən Heydər Əliyevə” mövzusunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə-Azərbaycan diplomatik münasibətləri 1924-cü ildən sonra dayansa da, ticari, iqtisadi və mədəni əlaqələr 1930-cu ilə qədər davam edib. Professor Yüksel Özgen vurğulayıb ki, ortaq tarixi mədəniyyətə və daim dost, qardaş münasibətlərə malik olan iki ölkə arasındakı əlaqələr keçmişdən bu günə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri çərçivəsində formalaşıb.
Türkiyənin 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu bildirən Yüksel Özgen qeyd edib ki, 14 yanvar 1992-ci ildə Bakıda qardaş ölkənin səfirliyi açılıb, həmçinin hazırda Naxçıvan və Gəncədə Baş Konsulluğu fəaliyyət göstərir. Azərbaycanın isə öz növbəsində Ankarada səfirliyi, İstanbul və Qarsda Baş Konsulluğu mövcuddur.
“1993-2003-cü illəri əhatə edən Heydər Əliyev dövründə Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə, xüsusən də siyasi və iqtisadi sahələrdə böyük irəliləyiş əldə edib, münasibətlərimiz zaman keçdikcə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 15 iyun 2021-ci ildə imzalanan “Şuşa Bəyannaməsi” ilə əlaqələrimiz müttəfiqlik səviyyəsinə çatıb. Türkiyə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını arzulayır. Həmçinin ölkəmiz Qarabağda həyata keçirilən yenidənqurma işlərini dəstəkləyir və bu prosesdə yaxından iştirak edir”, - deyə o, diqqətə çatdırıb.
Azərbaycanın tarixində Heydər Əliyevin yeri və önəminin açıq şəkildə görüldüyünü deyən məruzəçi dahi liderin Azərbaycanın müstəqillik əldə etməsində və Qafqaz regionunda sülhün, sabitliyin və inkişafın əldə olunmasında mühüm rol oynadığını, Ulu Öndərin bütün həyatını Azərbaycana həsr etdiyini söyləyib. Qeyd edib ki, sülhə və millətlərarası dostluğun inkişafındakı xidmətlərinə görə, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu tərəfindən Heydər Əliyevə “Atatürk Beynəlxalq Sülh Mükafatı” verilib.
Professor Yüksel Özgen Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu ilə AMEA arasında əməkdaşlıq protokolunun imzalandığını deyib, birgə təşkil olunan tədbirlər, konfranslar, simpoziumlar və nəşrlər barədə məlumat verib.
O, çıxışının sonunda bildirib ki, Azərbaycanla əməkdaşlıq əlaqələri keçmişdə olduğu kimi, gələcəkdə də davam edəcək və iki ölkə arasında qardaşlıq münasibətləri daimi olacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.