CAVADXAN QASIMOV:
NDU-nun komandası dünyanın ən böyük robototexnika festivalının qalibi olub
İstənilən bir fəaliyyət sahəsində məqsədyönlülük, zəhmət, əsaslandırılmış tənzimləmələr mükəmməl reallaşdırmaya düzgün sintez olunarsa, nəticə də, uğurlu olar. Naxçıvan Dövlət Universitetinin çoxistiqamətli və çoxixtisaslı təhsil və tədris prosesləri elmə söykənən davamlılığı ilə perspektivlidir, uzunmüddətlidir. Bir-birinin ardınca əldə olunan nailiyyətlər də elə məhz həmin tənzimləmələrin ən gerçək, ən dolğun və ən qürurverici ifadə forması olmaqdadır. Həm də elə bir forması ki, ondan bir millət və iki qardaş dövlət olaraq qürur duymaqdayıq.
Qardaş Türkiyə Cümhuriyyətində ROBOTEX Festivalında Naxçıvan Dövlət Universitetinin tələbələrinin qalibi olmaları bu sahədə növbəti sevinc gətirmiş oldu. Diqqət etdikdə, aydın olur ki, mahiyyətinə görə dünyanın ən böyük robototexnika festivalı Türkiyə cümhiruyyətinin Antalya şəhərində reallaşmış oldu. Qeyd etmək olar ki, Robotex Türkiyə 2023 sezonunda bir neçə ölkənin, o cümlədən, Azərbaycan, Türkiyə, Estoniya, İran və digər ölkələrin təmsil olunduğu turnirlərdə Azərbaycanı Naxçıvan Dövlət Universiteti tərəfindən 5 nəfərlik heyəti təmsil edərək Festivalda I yerin qalibi oldular. Estoniyada keçiriləcək Dünya Robot Festivalında ölkəmizi doğma komandamız təmsil edəcək.
Naxçıvan Dövlət Universitetinin xüsusilə də, son üç il ərzində hörmətli Rektorumuzun rəhbərliyi altında həyata keçirilən tədbirlər dövlətimizin müvafiq sahə üzrə prioritetlərinə xidmət etməkdədir. Yaxın gələcəkdə Texnofest festivallarında universitetimizin Texnopark mühitindəki elmi və tədris nəticələrinin daha böyük uğurlarla təmsil olunacağının şahidləri olacağıq. Hazırkı festivalda iştirak edən və birinci yerdə qərarlaşan tələbələrimiz həm də yaxın gələcəyin ixtisaslı, təcrübəli, yaradıcı ideya və təşəbbüslərin müəllifləri olaraq, hər birimizə daha böyük qürurlar gətirəcəklər.
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ - QALİB ÖLKƏNİN İNKİŞAF EDƏN ALİ MƏKTƏBİ
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.