Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda müzakirəyə çıxarılan birinci məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA əməkdaşlarının, elmi işçilərin, doktorant və magistrlərin, təqaüdçü alimlərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması haqqında fərman və sərəncamları, qarşıda duran vəzifələr barədə olub. Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanda elmin, ziyalılığın, təhsilin, mədəniyyətin inkişafına müstəqil Azərbaycan dövləti həmişə böyük diqqət və qayğı göstərib. Ulu Öndər Heydər Əliyevin hələ Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edərkən başlatdığı böyük iş dahi rəhbər tərəfindən müstəqillik dövründə daha da inkişaf etdirilib. Prezident İlham Əliyevin həmişə öz fəaliyyətində Azərbaycanda elmin, təhsilin, mədəniyyətin, ziyalılığın inkişafına dəstək verilməsini, qayğı göstərilməsini prioritet sahələrdən biri kimi meydana qoyduğunu deyən akademik İsa Həbibbəyli bu dəstəyin yeni imkanlar açdığını söyləyib: “Bu günlərdə cənab Prezidentin Azərbaycan cəmiyyətinin, o cümlədən ziyalı təbəqənin sosial müdafiəsinin daha da gücləndirilməsi ilə əlaqədar imzaladığı sərəncamlar içərisində elmə, təhsilə aid olan sahələr xüsusi yer tutur və bu, Akademiyaya göstərilən diqqət və qayğının parlaq ifadəsidir. Cənab Prezidentin 13 yanvar 2023-cü il tarixli Sərəncamı ilə AMEA-nın Rəyasət Heyəti və aparatının, Gəncə Bölməsinin aparatının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşlarının əməkhaqları 15 faiz artırılıb. Bundan başqa, ölkə başçının Fərmanı ilə elm və təhsil sahəsində 25 il çalışmış, hazırda işləməyən şəxslərin aylıq təqaüdləri artırılaraq elmlər doktoru elmi dərəcəsinə görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 300 manat müəyyən edilib. Bu məbləğ MDB ölkələri içərisində ən yüksək göstərici sayılır və bu, alimlərimizin sosial müdafiəsi sahəsində cənab Prezidentin atdığı əhəmiyyətli bir addımdır. Eyni zamanda, fəxri adlara görə aylıq təqaüdün məbləği də artırılıb və Əməkdar elm xadiminin təqaüdü 150 manata çatdırılıb. Cənab Prezidentin digər sahələrin və o cümlədən elm adamlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımın mahiyyəti Akademiyada daha dərindən başa düşülür, yüksək dəyərləndirilir”.
Prezident İlham Əliyevin əsas hədəflərindən birinin həm də yeni elmi nəslin inkişafı ilə əlaqədar olduğunu deyən AMEA rəhbəri ölkə başçısının elmlər və fəlsəfə doktorlarının, doktorantların, magistrlərin təqaüdlərinin artırılması haqqında Sərəncamlarının təkcə onların sosial müdafiəsinin gücləndirilməsinə deyil, həm də Akademiyanın gəncləşməsi prosesinin sürətlənməsinə hesablanmış addım olduğunu bildirib: “Dünya akademiyalarında, o cümlədən AMEA-da qocalma prosesinin genişlənməsindən həmişə bəhs edilib. Bunun qarşısını almaq üçün gəncləşmə prosesini sürətləndirmək lazımdır. Doktorantlar üçün indiyədək mövcud olmuş təqaüdlərin azlığı nəticəsində gənclərin Akademiyaya gəlişində durğunluq vardı. Təqaüdlərin artırılması doktorantura və magistraturada rəqabət mühitini genişləndirəcək. Əgər əvvəllər doktorantura üçün bir yerə 7-10 iddiaçı var idisə, indi bir yerə çox nadir hallarda iki namizəd olur. Gələnlər isə imkan daxilində seçilir ki, nəsillərin varisliyi təmin edilsin. Beləliklə, Prezident İlham Əliyev tərəifndən Azərbaycanda elmi işçilərin, alimlərin əməyinin stimullaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar elmə, alimə, Akademiyaya dövlət dəstəyinin bariz nümunəsidir. Bu dəstək elmdə qocalma prosesini azaltmaqla yeni elmi nəsillərin hazırlanmasına kömək edəcək, Akademiyada gəncləşmə prosesi sürətlənərək varislik əlaqələri daha sıx, yaxın təmaslar şəraitində həyata keçiriləcək. Varisliyin qorunub saxlanması işinə dövlətin dəstəyi bizə Akademiyanın sabahına daha inamla baxmağa şərait yaradır”.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarının mindən çox Akademiya işçisini, doktorant və magistri əhatə etdiyini söyləyən AMEA rəhbəri qeyd edib ki, insan kapitalına yönəlmiş bu siyasət elm və ziyalı faktorunun ölkədə inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir.
Rəyasət Heyətinin iclasında çıxış edən AMEA əməkdaşları ölkəmizin Prezidenti İlham Əliyevə Akademiya əməkdaşlarına, alimlərimizə, elmin inkişafına göstərdiyi böyük qayğıya görə dərin minnətdarlıqlarını ifadə edib və göstərilən dövlət qayğısına əməli işləri ilə cavab verəcəklərini bildiriblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.