XƏZƏRIN SƏVIYYƏ PROBLEMI MÖVZUSUNDA
DƏYIRMI MASA KEÇIRILIB
AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin səviyyə problemləri şöbəsinin böyük elmi İşçisi, Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsinin (CASPISNET) koordinatoru, c.ü.f.d. Səfərov Elnurun təqdimatı ilə aprelin 27-də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunda «İqlim dəyişmələrinin təsiri ilə əlaqədar Xəzər dənizinin səviyyə problemi» mövzusunda dəyirmi masa keçirilib.
İngilis dilində təşkil olunmuş müzakirələrdə ADA Universiteti, onun İnkişaf və Diplomatiya İnstitutu, ETSN, FHN, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərkosmos, Milli Aerokosmik Agentliyi, Baki Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətindən alim, mütəxəssis və tələbə heyətləri iştirak ediblər.
Dəyirmi masada müzakirəyə çıxarılan təqdimat E. Səfərovun 2021-2022-ci illərdə qalibi olduğu «İsveçrə Federal Dövlət Müvəffəqiyyət Post Dok» qrantı əsasında Cenevrə Universitetındə yerınə yetirdiyi elmi tədqiqat işinin bir sıra istiqamətlərinə həsr olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.