CAVADXAN QASIMOV:
NMİ-dƏ "Təhsil, tədqiqat və innovasiyanın vəhdəti" mövzusunda V Respublika Elmi Konfransı keçirildi
Bu gün Naxçıvan Müəllimlər İnstitutunda "Təhsil, tədqiqat və innovasiyanın vəhdəti" mövzusunda V Respublika Elmi Konfransı keçirildi. Konfrans, elmi yeniliklərin yeni dəyərlər əsasında, yeni keyfiyyət mərhələsi müstəvisində və bu sahələr üzrə əsaslandırılmış elmi araşdırmaların aparılması baxımından da əhəmiyyətli oldu. 15 bölmə üzrə keçirilmiş olan konfransda ən müxtəlif mövzular üzrə 160 məruzə dinlənildi.
Naxçıvan Dövlət Universitetinin də konfransda 27 nümayəndəsi iştirak etmişdi. Əməkdaşlarımızın araşdırmalarında elmi bir çox sahələrinə aid olan araşdırma nəticələri yer almaqdadır. Konfransın bölmə iclaslarında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Lənkəran Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Bakı Slavyan Universitetinin, "Naxçıvan" Universitetinin və digər ali məktəblərin araşdırmaçıları iştirak edirdilər.
Naxçıvan Dövlət Universitetindən konfransa qatılan Pərviz Allahverdiyevin, Nərmin Mustafayevanın, Samir İmanovun, Aynur Qəhrəmanlının, Əfruz Quliyevanın, Aynur Kərimovanın, Səməd Əliyevin, Ayxan Hüseynovun və digər iştirakçıların məruzələri maraqla dinlənilmişdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.