Ziqmund Freydi tanımayanın özünə psixoloq lazımdır
Sosial şəbəkələrdə tez-tez psixoloq səhifələri qarşımıza çıxır. Bəziləri var ki, həqiqətən də işinin peşəkarıdır. Amma əksər kütlə isə 3-5 ay kursa gedib sonda özünə psixoloq, psixo-terapevt, loqoped və s.deyənlərlə doludur. Əsl psixoloq olmaq üçün bu sənətə illərini həsr etmək gərəkdir. Qarşındakı insana baxdıqda artıq onun nə düşündüyünü, nələr söyləyəcəyini anlamaq gərək. Psixologiya kitabları var ki, 500-600 səhifədən ibarətdir, hətta ondan da artıq. Camaatın 4 ilə sığışdırıb tamamlaya bilmədiyi peşəni 5-6 aya necə tamamlamaq olar? Kursu bitirdikdən sonra hərəsi bir sertifikat alaraq adının önünə "dr" yazdırır. İmkanı olanlar da hərəsi bir mərkəz açaraq xəstələri qəbul edir. Orada işləyən psixoloqlardan soruşsan Ziqmund Freyd kimdir yarısı tanımayacaq. Mən insanlara məsləhət verən bisavad psixoloqları açıq şəkildə qınayıram. Sırf pul qazanmaq adı ilə gündə yeni mərkəz açıb, insanlara zərrə qədər xeyri dəyməyən, dərinə getsən ailəsi ilə belə düzgün rəftar etməyən şəxslərin psixoloq fəaliyyəti ilə məşğul olmasını tənqid edirəm. Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqda.
UMAY
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.