Dermatologiya və trixologiya üzrə ixtisaslaşmış Este Medical Group-un baş direktoru Sam Sinkier, “GlasgowLiv” Britaniya nəşrinə danışaraq keçəlliyə səbəb ola biləcək faktorları sadalayıb.
O, vurğulayıb ki, saçımızı yuduğumuz zaman etdiyimiz səhvlər keçəlləşmənin başlıca səbəblərindəndir.
Məlum olub ki, saçları tez-tez yumaq dolaşıqlıq, yarıq və kövrək uclar kimi problemlərə, həmçinin baş dərisinin qaşınmasına və saç tökülməsinə səbəb ola bilər.
“Fakt budur ki, baş dərisi öz-özünə yağ ifraz edir - müəyyən mənada yağa təbii alternativdir. Sebum saçları nəm itkisindən qorumağa kömək edir və tez-tez yuyulma qoruyucu təbəqəni incələyə bilər”.
Dermatoloq onu da qeyd edib ki, saç tipi saçın nə qədər tez-tez yuyulmalı olduğunu müəyyən etməlidir. Məsələn, nazik saç sahibləri saçlarını həftədə iki-üç dəfə, qalın saçlı insanlar isə iki dəfədən çox yumamalıdırlar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.