MEK-in tərtibatında növbəti biblioqrafik göstərici işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən tərtib olunan AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Bəhmən oğlu Sadıqovun həyat və elmi fəaliyyətinin əsas tarixlərini- 1986-2022-ci illəri əks etdirən biblioqrafik göstərici işıq üzü görüb.
Nəşrə alimin müəllifi, redaktoru və tərtibçisi olduğu kitabları, elmi məqalələri, tezisləri, dövri mətbuatda nəşr olunmuş elmi-publisistik məqalələri, müəlliflik şəhadətnamələri və patentləri, redaktoru olduğu kitablar daxil edilib. Həmçinin göstəricidə Ə. Sadıqovun ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, görkəmli elm və dövlət xadimlərinin alim haqqında yazıları, rəhbəri və icraçısı olduğu layihələr, elmi rəhbəri və məsləhətçisi olduğu dissertasiya işləri öz əksini tapıb.
“Elm” nəşriyyatı tərəfindən çap olunan nəşrin elmi redaktoru MEK-in baş direktoru professor Məmməd Əliyev, redaktoru Biblioqrafiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi şöbənin əməkdaşı Rəna Cavadovadır.
Biblioqrafik göstərici Azərbaycan, rus və ingilis dillərində olmaqla kibernetika, kompüter elmləri, informasiya texnologiyaları, riyazi modelləşdirmə və idarəetmə sistemləri, həmçinin elmi fəaliyyətin təşkili, əqli mülkiyyət hüquqlarının qorunması sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.