BDU aliminin beynəlxalq tibb hüququ haqqında kitabı çap olunub
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti, Dünya Tibbi Hüquq Assosiasiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru Fatimə Hüseynovanın “Beynəlxalq tibb hüququ haqqında ümumi müddəalar” kitabı işıq üzü görüb.
Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin baş redaktorluğu ilə dərc olunan kitab Azərbaycan Respublikasında beynəlxalq tibb hüququ haqqında ilk nəşrdir.
Sözügedən fundamental əsərdə beynəlxalq tibb hüququna və onun ayrı-ayrı institutlarına doktrinal anlayış verilir, tibb fəaliyyəti üzrə münasibətlərin və əlaqələrin hüquqi tənzimlənməsinin xüsusiyyətləri şərh edilir. Müasir dövrdə səhiyyə, təbabət və tibb sferasında baş verən qlobal inteqrasiya prosesləri fonunda əhalinin maariflənməsi, cəmiyyətdə hüquqi düşüncə və tibb mədəniyyətinin formalaşması baxımından kitab mühüm əhəmiyyətə malikdir. Kitabdan ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, tibbi hüquq elmi sahəsində çalışan mütəxəssislər, praktik işçilər və digər şəxslər faydalana bilərlər.
Kitab BDU-nun Hüquq fakültəsinin 95 illiyinə həsr olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.