“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçiriləcək
14 iyun 2023-cü il tarixində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Konfransın bölmələri:
- Heydər Əliyev və klassik Azərbaycan ədəbiyyatı
- Heydər Əliyev və müasir Azərbaycan ədəbiyyatı
- Azərbaycan ədib və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin xidmətləri
- Heydər Əliyev və “Kitabi- Dədə Qorqud” abidəsinin öyrənişində yeni mərhələ
- Heydər Əliyevin dövlət siyasətində mədəni irs və klassiklərimizin Azərbaycan böyüklüyünün rəmzi kimi istifadəsi
Məqalənin tərtib olunma qaydaları:
- Mətn Microsoft Word redaktorunda (.doc, .docx) təqdim edilməlidir;
- Məqalənin mətni Azərbaycan, rus və ingilis dillərində açar sözlər, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla 7 səhifəyə qədər olmalıdır;
- Məqalə Times New Roman - 12 ppt şrifti ilə, sətirlərarası interval – 1,5 olmaqla yazılmalıdır;
- Mətnin səhifə parametrləri aşağıdakı şəkildə olmalıdır:
Sağ tərəf -1sm
Sol tərəf – 3sm
Aşağı hissə - 2 sm
Yuxarı hissə - 2sm
- Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda isə kiçik və adi şriftlə elmi dərəcəsi (varsa), elmi adı (varsa), iş yeri və elektron ünvanı göstərilməlidir.
- Məqalənin mətni Azərbaycan dilində yazılarsa ingilis dilində xülasə, ingilis dilində yazılarsa Azərbaycan dilində xülasə; türk, rus, fars, ərəb dillərində yazılarsa Azərbaycan və ingilis dillərində xülasə tələb olunur.
- Mətnin əvvəlində məqalənin və xülasələrin yazıldığı dillərə müvafiq olaraq minimum 5 açar söz göstərilməlidir.
- Ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə olmalı, AAK-nın tələblərinə uyğun tərtib edilməli, məqalədə istinadlar düz mötərizə daxilində verilməlidir (məs: [5, s.12]).
- Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı, məqalənin məzmununa uyğun yazılmalıdır. Xülasədə müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. öz əksini tapmalıdır. Hər bir xülasədə müəllifin tam adı göstərilməli, həmçinin məqalənin adı tərcümə edilməlidir. Xülasələr 100-150 sözdən ibarət olmalıdır.
Məqalələrin qəbul olunması üçün son tarix: 22 may 2023-cü il
Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
Təşkilat komitəsi ilə əlaqə:
Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53
Tel.: (+994 12) 4923179
E-mail: nizamimuzeyikonfrans@mail.ru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.nizamimuseum.az saytına istinad zəruridir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.