MEK-də görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə sərgi təşkil olunub
26 aprel görkəmli alim, yazıçı, pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında mühüm xidmətlər göstərmiş, professor Mir Cəlal Paşayevin anadan olmasının 115-ci ildönümüdür. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) kitab sərgisi təşkil olunub.
Sərgidə ədibin “Bir gəncin manifesti” romanı (Azərbaycan və rus dillərində), “Yaşıdlar” povesti, hekayələri, “Seçilmiş əsərləri”, “Biblioqrafiya” nümayiş olunur.
Bundan əlavə, sərgidə görkəmli şəxslərin onun yaradıcılığı ilə bağlı söylədikləri dəyərli fikirlərin, elmi tədqiqatların toplandığı “Mir Cəlal yaradıcılığında Vətən sevgisi, milli şüur və həmrəylik problemləri, humanizm fəlsəfəsi, erməni məsələsi”, “Mir Cəlalın fikir dünyası”, “Mir Cəlalın yaradıcılıq aləmi”, “Mir Cəlal yaradıcılığının səhnə həyatı” kimi əsərlər yer alır.
Qeyd edək ki, yazıçı Azərbaycan ədəbiyyatında roman janrına yeni nəfəs gətirməklə bu sahədə özünəməxsus məktəb yaradıb. Onun həm elmi, həm də bədii yaradıcılığı tədqiqat mövzuları olaraq daim diqqətdədir və araşdırılır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.