Cavadxan QASIMOV:
NDU-nun tələbələri "Cahan Holdinq"də
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin "Dünya iqtisadiyyatı" ixtisası üzrə lV kurs tələbələri "Cahan Holdinq"in müəssisələrində istehsalat təcrübəsinə davam etməkdədirlər.
Tələbələrə "Cahan Holdinq"in müəssisələri, o cümlədən, Holdinqə aid olan Məhdud Məsuliyyətli Müəssisələr və onların iş prinsipləri barəsində ətraflı məlumatlar verilmişdir. Bildirilmişdir ki, hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən Holdinq, ölkənin beynəlxalq iqtisadi münasibətlərinin inkişafında da mühüm yerə sahib olmaqdadır. Burada, Holdinqin "Cahan Tobacco", Beton məmulatları Zavodu, Qənd fabriki, "Tudor" Sənaye Kompleksi, Sənaye Kompleksi, Plastik məmulatları zavodu, Naxçıvan Avtomobil zavodları və s. mühüm yerə malik olmaqdadır.
Tələbələr Holdinqin müəssisələrində istehsalat proseslərini maraqla izləmiş, onları maraqlandıran suallar üzrə dolğun cavablar verilmişdir. Azərbaycan Respublikasında uğurla davam edən milli iqtisadi quruculuq prosesləri bütün regionlar kimi, muxtar respublika iqtisadiyyatında da yerli istehsala etibar edən dinamik inkişaf göstəricilərinə təminat yaratmaqdadır. Bu, Cahan Holdinqin istehsalat müəssisələrinin timsalında özünü göstərməkdədir. Tələbələr İstehsalat Təcrübəsi müddətində məhz həmin proseslərin iştirakçısı olacaqlar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.