26 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Rəhman Orxan: Böyük savab sahibi olan 7 qız atası – AKİF HƏSƏNOĞLU

2 il əvvəl 849 01

Vaxtilə dalbadal 7 qızı dünyaya gələn Akif Həsənoğlu böyük savab sahibi olmuş,
naşükürlük etmədən qızlarının hər birini Allahın töhfəsi kimi sevinclə qarşılamışdı

Sumqayıtın kimya sənayesinin inkişafında öz yeri, öz çəkisi olan “Azmənzilsənayetikintitəmir” (AzMSTT) İstehsalat Birliyinin Baş direktoru, eyni zamanda istedadlı, məhsuldar dramaturq olan Akif Həsənoğlu çox maraqlı ömür yolu keçib. Bacarıqlı mühəndis kimi istehsalatda böyük uğurlar, ad-san qazanıb. Lakin 20 ilə yaxın oğul sevincinə, oğul xoşbəxtliyinə qovuşa bilməsə də, bunu taleyin hökmü kimi sakit qarşılayıb.

...O vaxtlar zavodda işləri yaxşı gedirdi. Sənətini peşəkarlıqla bildiyinə, üşgüzar və təşəbbüskar olduğuna, istehsalatın hansısa sahəsində problem yaranırdısa, onu özünün səmərələşdirmə təklifi ilə tez bir zamanda aradan qaldırmaq bacarığına görə müəssisədə artıq yaxşı hörmət qazana bilmişdi - həm də özünəməxsus nikbinliyi, xoşxasiyyət olması ilə. Yalnız bir problemi vardı: ağır bir "daşı" üstündən atmalı idi - "subaylıq daşını". Dostları da, iş yoldaşları da hərdən buna görə ona sataşır, toyun nə vaxt olacağını soruşurdular. İş yoldaşları olan, xətrini istədikləri qadınların da hərdən eyham və atmacalarla onu tələsdirdiklərini görüb, bir gün tələbəlik dostu, həm də iş yoldaşı olan Ucal Qasımzadəyə "xəlvəti" deyir ki, 2-3 aya, daha dəqiqi - oktyabrın 25-də, Ad günündə toy edəcək. Dostu soruşur ki, bəs "namizəd"in varmı? Hər şeyi bəxtlə, uca Tanrı ilə bağlayan, taleyinin üzünə güləcəyinə sanki arxayın olan Akif isə qayıdır ki, "narahat olma, özü öz ayağı ilə gəlib məni tapacaq".
Elə də olur. 1971-ci ilin yayında qohumlarının Ülkər adında bir qızı Bakıya ali məktəbə imtahan vermək üçün gəlir. Qız Bakıda heç yeri tanımadığından Akif də onunla birgə sənədləri verməyə gedir. Sən demə, qız elə özü AZİ-ni, Akifin fərqlənmə diplomu ilə bitirdiyi Azətbaycan Dövlət Neft və Kimya İnstitutunu nəzərdə tutubmuş. Bu, Akifin də ürəyindən olur. Fikirləşir ki, qohumudur, çertyojda, kurs işlərində çətinə düşəndə bir qohum kimi kömək də eləyə biləcək. Sənədləri verməyə gedib-qayıdanda qıza diqqətlə fikir verən Akif ürəyində fikirləşir ki, deyəsən axı, Ülkər elə onun üçün "özü öz ayağı ilə" gələcəyini gözlədiyi qızdır. Və dostu Ucala qeyri-müəyyənliklə söz verməsinə baxmayaraq, elə dediyi kimi - oktyabrın 25-də, Ad günündə bütün dostlarının-qohumlarının, kimyaçı iş yoldaşlarının iştirakı və xeyir-duası ilə böyük bir toy məclisi qurur. Ancaq ailə qurduqdan sonra tale elə gətirir ki, hər bir gənc ata kimi oğul gözləyən Akifin dalbadal 6 qızı olur. Növbəti dəfə ömür-gün yoldaşını doğum evinə aparanda güman edir ki, Allah qoysa, bu dəfə dünyaya oğul gələcək, axı, yeddincisi də qız ola bilməz. Bu ümidlə maşında oturub gecə yarısınadək Doğum evi qarşısında xeyli gözləyən Akifi mürgü tutur. Doğum evinin həkimləri, tibb bacıları hər dəfə bura böyük ümidlə, oğul arzusu-həsrətilə gələn, artıq yaxşı tanıdıqları və hörmətlə yanaşdıqları bu 6 qız atasına 7-ci övladının da qız olduğu xəbərini çatdırmağa ürək eləmirlər, cəsarətləri çatmır. Fikirləşirlər ki, Allah eləməsin, birdən bu dəfə kişini bilmərrə infarkt vurar. Ona görə də belə məsələlərdə - "bəxtsiz ataların" könlünü almaqda  "təcrübəsi olan" yaşlı bir rus xadiməni göndərirlər ki, gedib 7-ci qızı dünyaya gələn Akif müəllimə bu “xoş olmayan” xəbəri çatdırsın. Özləri isə pəncərə önündə dayanıb gizlin-gizlin baxırlar ki, görək "bu işin" axırı necə olacaq. Yaşlı rus qadın maşına yaxınlaşanda görür ki, kişi yatıb. Astaca, bir az da qorxa-qorxa pəncərəni döyür. Qadın gözaydınlığı verməyib, eləcə "sizin qəşəng..." deyəndə yarıyuxulu Akif  başa düşür ki, bu dəfə də dünyaya qız gəlib. Və o, gözlənilmədən "nə yaxşı, səni şad xəbər olasan!" deyə əlini cibinə atıb, oğul muştuluğu kimi verəcəyi şax bir "100"-lüyü qadına verir. Xadimə gözlərinə inanmayıb, sevincək halda geri qayıdır. Doğum evinin tibb personalı mat-məəttəl qalır ki, "gör bu adam nə böyük ürəyin sahibidir ki, yeddinci qızına da sevinir..." Və onlardan bəziləri təəssüf edirlər ki, niyə “son xəbəri” Akifə çatdırmağa özləri getməyib, rus qadını göndəriblər,100 manatlıq muştuluq da ona çatıb?
Bunu yada salan Akif müəllim deyir ki, "mən hər qızımın dünyaya gəlişini toy-bayram kimi qarşılamışam. Allahın qismət elədiyi paya - övlada sevinməmək olarmı? Nə olsun ki, qızdır? Axı, elə talesiz ailələr var ki, bircə övlad üzünə, bircə qız uşağına da həsrətdirlər. Belə olduğu halda mən sevinməyə bilərdimmi?"
Görünür, Akif müəllimin səbrini, dözümünü, şükranlığını sınağa çəkən uca Tanrı onun bu çoxillik sınaqdan mərdanə, üzüağ çıxdığını görüb, nəhayət, ona 50 illik yubileyi ərəfəsində bir oğlan uşağı bəxş edir. Akif müəllimin ilk varisi həm də Sumqayıtda dünyaya gələn ilk uşaq olur ki, ozünun "rekord" çəkisi ilə - 6,3 kiloqram ilə şəhərin "Ginnes kitabı"na düşür.
Və görün öz adını verdiyi 8-ci övladının oğlan uşağı olmasını Akif müəllim əsl Allah adamı kimi böyük şükranlıqla qəbul edərək, necə də müdrik fikir söyləyir. Deyir ki, "bu, uca Tanrının məsləhət bildiyi bir işdir. Əgər mənim ikinci və ya üçüncü övladım oğlan olsaydı, onda mən də yəqin ki, bir çox ailələrdə olduğu kimi, iki və ya üç uşaqla kifayətlənərdim, onda Allah eləməmiş, o biri qızlarım dünyaya gəlməzdi. Belə düşünəndə, anlayıram ki, oğlum Allah Təalanın izni ilə özündən əvvəl dünyaya gəlmiş yeddi qızıma həyat verilməsinə səbəb olub. Ona görə də, çox doğrü deyirlər ki, şükr Allahın məsləhətinə, kəramətinə!".
Onu da böyük məmnunluqla bildirmək lazım gəlir ki, Akif müəllimin öz adını verdiyi oğlu Akif Ərol da, valideynləri kimi onun yolunu illərlə intizarla gözləyən özündən böyük bacıları da artıq sənət-peşə, ev-eşik, ailə sahibidirlər. Onların hər biri indi Akif müəllim üçün gözəl oğul-qız nəvələr, hətta nəticələr böyüdürlər. Heç şübhə yoxdur ki, onlar respublikanın istedadlı, tanınmış kimyaçısı, həm də maraqlı əsərləri ilə sevilən yazıçı-dramaturq babaları – Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı Akif Həsənoğlu-Zeynalov kimi Vətənə layiqli övladlar olacaq, xalqa vicdanla, ləyaqətlə xidmət edəcəkər.

Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalisti.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

John Doe 1 il əvvəl

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

John Doe 1 il əvvəl

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

John Doe 1 il əvvəl

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

John Doe 1 il əvvəl

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

John Doe 1 il əvvəl

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com