Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ikinci tədris binasının həyətyanı sahəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Universitetin və Tarix və coğrafiya fakültəsinin rəhbərliyi, universitetin kafedra və mərkəz müdirləri, müəllim və tələbələr iştirak ediblər.
Aksiya zamanı həmişəyaşıl ağaclar əkilib və ağaclara ilkin qulluq göstərilib.
Aksiyada çıxış edən Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov Ulu Öndər Heydər Əliyevin zəngin irsindən söz açaraq, dahi şəxsiyyətin xatirəsinin hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşadığını vurğulayıb.
Rektor Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu sahəsindəki hərtərəfli titanik fəaliyyətindən danışarkən, bu böyük insanın gərgin ictimai-siyasi vəziyyətdə Azərbaycanda hüquqi vətəndaş cəmiyyəti, milli iqtisadiyyat, təhsil və elm, mədəniyyət sahələri ilə yanaşı, ekoloji tarazlığın qorunması və təbiətin mühafizə olunması, yaşıllaşdırma fəaliyyəti və ekoloji təfəkkürün inkişafı ilə bağlı gördüyü müstəsna xidmətləri qeyd edib, bugünkü aksiyanın Ulu Öndərin ruhuna ehtiram əlaməti olaraq təşkil olunduğunu bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.