"İdman könüllüləri və azarkeşləri" İctimai Birliyinin rəhbəri Amal Əliyev Bakı Dövlət Universitetinin (BDU) könüllüləri ilə görüşüb.
Amal Əliyev təşkilatın könüllülük proqramı barədə məlumat verib, idman könüllüləri və azarkeşlərinin daim ölkəmizin idman siyasətinə töhfə vermək üçün çalışdığını bildirib. O, təşkilata üzvlük qaydaları, gələcək layihələri ilə bağlı məlumatları tələbələrin diqqətinə çatdırıb, könüllülük fəaliyyətinin üstünlüklərinə dair fikirlərini bölüşüb.
Basketbol üzrə 18 yaşdan ibarət millimizin üzvləri Murad Babayev və Əlibəy Məmmədli idman yarışlarının təşkilində azarkeşlərin və könüllülərin rolunun böyük olduğunu və idmançılarımıza ruh yüksəkliyi verdiklərini qeyd ediblər. Onlar BDU könüllülərini iyul ayında Azərbaycanda keçiriləcək basketbol üzrə Avropa çempionatında komandamızı dəstəkləməyə dəvət ediblər.
Sonda qonaqlar könüllülərin suallarını cavablandırıblar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.