Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Belarus Mərkəzi Elmi Kitabxanasından beynəlxalq mübadilə çərçivəsində nəşrlər daxil olub.
Dəyərli nəşrlər arasında Belarusiyanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, coğrafi mövqeyi, demoqrafiyası, informasiya məkanında yeri və s. haqqında «Беларусь в современном социально-культурном пространстве: проблемы, вызовы, перспективы» ("Belarus müasir sosial-mədəni məkanda: problemlər, çətinliklər, perspektivlər"), «Актуальные проблемы истории и культуры: Вып. 4. Беларусь в контексте европейской истории и культуры» (“Tarix və mədəniyyətin aktual problemləri: Cild. 4. Belarus Avropa tarixi və mədəniyyəti kontekstində”), «Гагаузы в Молдове и Беларуси: грани идентичности и стратегия самосохранения» (“Moldova və Belarusiyada qaqauzlar: şəxsiyyətin aspektləri və özünüqoruma strategiyası”), «Наука. Ученые : от рычага Архимеда до Большого адронного коллайдера», (“Elm. Alimlər: Arximed qolundan Böyük Adron Kollayderinə qədər), «Кириллические издания XVII века: каталог изданий из коллекции Центральной научной библиотеки Беларуси Выпуск 3: 1638–1644 гг.» (“17-ci əsrin kiril nəşrləri: Belarus Mərkəzi Elmi Kitabxanasının kolleksiyasından nəşrlər kataloqu Sayı 3: 1638-1644-cü illər), «Зарубежный опыт и перспективы правового обеспечения формирования и развития искусственного интеллекта в Республике Беларусь», (“Belarus Respublikasında süni intellektin formalaşması və inkişafının hüquqi təminatının xarici təcrübəsi və perspektivləri) kimi kitablar yer alır.
Müxtəlif elm sahələrini əhatə edən «Болезнь Гиршпрунга у детей» ("Uşaqlarda Hirşprunq xəstəliyi"), «Компьютерное моделирование строения и реакционной способности молекул» ("Molekulların quruluşunun və reaktivliyinin kompüter modelləşdirilməsi"), «Субмикроскопическая структура и свойства дисперсионно-твердеющих сплавов с упругими межфазовыми деформациями» ("Elastik fazalararası deformasiyaları olan çökmə-bərkitmə ərintilərinin submikroskopik quruluşu və xassələri"), «Искусство архитектуры информационной эпохи» kimi əsərlər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, MEK Belarus Mərkəzi Elmi Kitabxanası ilə əməkdaşlığı müntəzəm olaraq davam etdirir, fondlarını zənginləşdirir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.