Bakı Dövlət Universitetinin (BDU) Tarix və Mexanika-riyaziyyat fakültələrinin birgə təşkilatçılığı ilə tələbələrin Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında yerləşən "Siyasi repressiya qurbanları muzeyi"nə ekskursiyası təşkil olunub.
Tələbələrə muzey barədə məlumat verilib. Qeyd olunub ki, muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirir. 1920-1950-ci illərdə sovet dövlətinin apardığı siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadimi, elm, mədəniyyət, incəsənət nümayəndəsi, sıravi vətəndaş repressiyaya məruz qalıb. 1950-ci illərin ikinci yarısında siyasi repressiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulub. Yalnız müstəqillik illərində - 1996-cı il martın 15-də Ulu Öndər Heydər Əliyevin imzaladığı “Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” Qanunla bu hadisələrə ilk dəfə hüquqi qiymət verilib.
DSX-nın inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəaliyyət göstərməsi ilə əlaqədardır. Binanın zirzəmisində həbs edilənlərin saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllənməsi yerləri mövcud olub. Muzeyin yaradılmasında əsas məqsədlərdən biri də repressiya qurbanlarının xatirəsinə ehtiram və yaxın keçmişimizin qanlı səhifələri haqqında gənc nəslin nümayəndələrinin düzgün məlumatlandırılmasıdır.
Daha sonra tələbələr muzey eksponatları ilə yaxından tanış olublar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.