Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyev yeni yazdığı “Millət atası" monoqrafiyasının elektron formasını kitabxanaya təqdim etdi.
Monoqrafiyada qeyd olunur ki, Heydər Əliyev müasir Azərbaycanın memarı, Azərbaycan – Ukrayna arasında dostluq münasibətlərinin təməlini qoyan şəxsdir. Heydər Əliyev Ukrayna və Azərbaycan arasında strateji partnyorluğun inkişafına böyük diqqət yetirərək həmişə Ukraynanın sabit dostu olmuşdur. Ulu Öndərin çoxşaxəli quruculuq fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın inkişafı müsbət dinamika almışdır.
Alim qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin keçirdiyi siyasəti bu gün uğurla davam etdirir. Topluda alimin iyirmi illik elmi fəaliyyətinin əsər və materialları toplanmışdır. Müəllif haqlı olaraq qeyd edir ki, Azərbaycan xalqı Heydər Əliyevi millətin atası kimi bütün səmimiyyəti ilə sevir.
Müəllifin Heydər Əliyevlə səxsən bir neçə dəfə görüşməsi barədə xatirələr də monoqrafiyada yer almışdır. Müəllif Ulu Öndəri “Hakimiyyət ustası”, “Böyük vətəndaş”, “Əsrin adamı” adlandıraraq bu məsələlərə ayrı-ayrı fəsillər ayırır.
Kitabda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də əks olunub. “Millət atası” kitabı Azərbaycan Respublikasında elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində nəşr olunub. Kitabın müəllifi, professor Arif Quliyev Ukrayna Prezidenti V.Zelenskiyə kitabı göndərdiyi üçün ona Ukrayna Prezidentinin ofisindən təşəkkür məktubu göndərilib.
MONOQRAFİYA: https://cloud.mail.ru/stock/eiPWjk1DqhLPBmMqcGzq4V51
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.