Aprel ayının 13-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin aparıcı elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Alışova “Qoca Auriqa ulduz topasının HD 40312 maqnit ulduzunun dəyişkənlik xüsusiyyətləri və təkamül statusunun təyin edilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda bildirib ki, təqdim olunan işdə əsas məqsəd kompleks müşahidələr vasitəsilə HD 40312 maqnit ulduzunun dəyişkənlik xüsusiyyətləri və təkamül statusunu müəyyən etməkdir. Maqnit sahəsinin (Be), parlaqlığın (V) və pekulyar elementlərin (Si, Cr, Sr və s.) xətlərinin ekvivalent enlərinin (Wλ) faza əyrilərini müqayisə edərək, ekstremumları müəyyən edilmişdir. Meyilli rotator modelinə görə faza əyrilərinin maksimumu ulduzun səthində ən çox pekulyar oblasta (P) (φ ≈ 0,15 - 0,25), minimumu isə (φ ≈ 0,45 - 0,50) normal (N) oblasta uyğun gəlir.
Ulduzun fundamental parametrləri (Te, log g) hidrogen xəttlərinin profillərindən (Hα, Hδ), Conson (UBV) və Strömqren (ubvy) sistemlərindəki fotometrik indekslərdən istifadə edilərək müəyyən edilmişdir. Ulduzun kütləsi və işıqlılığı standart asılılıqdan istifadə edilərək tapılmışdır.
Tədqiqat işində CPМ ulduzlarının normal ulduzlardan fərqləndirən xüsusiyyətləri haqqında məlumat verilmişdir. θAur ulduzunun Hertzsprung-Russell diaqramında yeri təyin edilmiş və bununla da onun təkamül statusu müəyyən edilmişdir.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.