Beynəlxalq Aviasiya və Kosmonavtika günü ilə bağlı Tusi-Bohm Planetariumda Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qrupu tələbələri ilə görüş keçirilib.
Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aynur Abdulkərimova tələbələrə kosmik eranın tarixi, kosmik uçuşların inkişaf mərhələləri haqqında məlumat verib, bu sahənin insanlar üçün əhəmiyyətindən bəhs edib.
74-cü Beynəlxalq Astronavtika Konqresinin bu il Bakıda keçiriləcəyi xüsusilə qeyd olunub və ölkəmizin beynəlxalq astronavtika ailəsində artan nüfuzuna diqqət çəkilib.
Görüşdə tələbələrin sualları cavablandırılıb və bu sahədə karyera imkanları da müzakirə olunub.
Sonda astronavtika tarixindən və kosmik tədqiqatlardan bəhs edən film izlənilib.
Qeyd edək ki, AzMİU-da tələbələrin kosmik istiqamətdə ideyalarının reallaşdırılması işinə xüsusi diqqət göstərilir. Bundan əlavə, AzMİU ilə Milli Aerokosmik Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb və yaxın gələcəkdə iki qurum tərəfindən birgə bir sıra layihənin həyata keçirilməsi planlaşdırılır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.