Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublunun yeni nəşr edilmiş “Şuşa ziyalıları: unudulmuş irs” və “Azərbaycan mətbuatı: gizli nəşrlər” kitablarının təqdimatı keçirilib.
Fakültənin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Əliyev qonaqları salamlayıb, professor Nəsiman Yaqublunun nəşr etdiyi kitablarla bağlı əsas məqamları diqqətə çatdırıb və sözü alimə verib.
Professor Nəsiman Yaqublu bildirib ki, “Şuşa ziyalıları: unudulmuş irs” kitabında Əhməd bəy Ağaoğlu, Ceyhun Hacibəyli, Hilal Münşi kimi görkəmli ziyalıların yazıları toplanıb. “Azərbaycan mətbuatı: gizli nəşrlər” kitabında isə ilk dəfə olaraq çar Rusiyası və sovet rejimi dövründə qadağan edilmiş Azərbaycan mətbuatı nümunələri ( qəzetlər, jurnallar, kitablar) oxuculara təqdim olunur.
Təqdimat mərasimində Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və İdarə Heyətinin üzvləri, tanınmış ziyalılar, tədqiqatçılar, jurnalistlər, müəllim-tələbə heyəti iştirak edib.
Çıxış edən qonaqlar tarixi arxiv materialları əsasında işlənmiş bu kitabların mətbuat tarixinin inkişafındakı önəmindən bəhs ediblər.
Tədbir tələbələrin ünvanladığı sualların cavablandırılması ilə yekunlaşıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.