Türkiyənin Azərbaycandakı Səfirliyinin Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) hədiyyə etdiyi “The British and the Turks, A History of Animosity, 1893-1923” (“İngilislər və türklər, düşmənçilik tarixi 1893-1923”) adlı kitab Mərkəzi Elmi Kitabxanaya (MEK) daxil olub.
Nəşrin müəllifi amerikalı alim, demoqraf Castin Makkartidir. O, Türkiyənin Boğaziçi Universitetinin fəxri doktoru, Türkologiya İnstitutunun və Avrasiya Araşdırmalar Mərkəzinin üzvüdür.
Əsər XIX əsrin sonu XX əsrin əvvəllərində Britaniya hökümətinin Osmanlı İmperiyasını parçalama planlarını nəzərdən keçirir, ingilis diplomatiyasının türklər haqqında mənfi rəylərin formalaşmasındakı rolunu təhlil edir. Alimin onilliklərlə arxiv araşdırmalarına əsaslanan fikirləri, ingilislərin təzyiqi ilə Osmanlı imperiyasının çökməsini dərindən öyrənməyə kömək edir. Osmanlı türkcəsini oxuya bilən C.Makkarti Qərb tarixçilərinin qərəzli olduğuna inanır, kitabda bəzi xristian missionerlər tərəfindən yayılan türklük əleyhinə önyarğılara fokuslanır.
Dəyərli nəşr tarixçilər, tədqiqatçılar, politoloqlar, Osmanlı tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.