Aprel ayının 9-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduz astronomiyası” şöbəsinin aparıcı elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə “Scopus və Web of Science: Beynəlxalq jurnallarda məqalələrin tərtibatı və çap olunması prosesinin təhlili” mövzusunda məruzə ilə çıxış edib.
Seminarda “Scopus” və “Web of Science” məlumat bazası haqqında ətraflı məlumat verilib, bu məlumat bazalarına daxil olan jurnallara, beynəlxalq konfranslara məqalə və tezislərin hazırlanması qaydaları ətraflı şərh olunub. Bundan başqa göstərilən bazalara daxil olmayan “Yırtıcı nəşriyyatların” sürətlə çap etdirdiyi jurnalların təhlili və bu tip jurnallarda məqalələrin çap olunmaması tövsiyyə olunub. Sonda astronomiya sahəsi üzrə “Scopus” və “Web of Science” məlumat bazasına daxil olan bir sıra jurnalların siyahısı göstərilib.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.