26 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Elman Eldaroğlu: Doğum gününüz mübarək, Vahid Əhmədov!

2 il əvvəl 1144 01

Tükənməz həyat enerjisi var. Qərarlı davranışı ilə başladığı hər işi sonuna çatdırmağı bacarır. Güclü əsəb sisteminə, yaradıcı təfəkkürə, mahir idarəetmə qabiliyyətinə malikdir. Həllini tapmamış problemlərə nifrət edir. Hər zaman yenilik arzusunda olması ən diqqət çəkən xüsusiyyətlərindən biridir. Sərbəst insandır, müstəqilliyinin məhdudlaşdırılmasını, fəaliyyətinə sərhəd qoyulmasını sevmir. Ona məmnun olmadığı nəyisə bəyəndirməyə çalışmaq olduqca çətin və yorucudur. Həssas təbiəti var, yardım etməyi, necə deyərlər, ehtiyacı olanlara əl tutmağı xoşlayır. Praktiki zəkası çox inkişaf etdiyindən mülahizə və təhlillərdə çətinlik çəkmir...

Uşaq yaşlarından çevikliyi, qoçaqlığı ilə fərqlənib. Böyüdüyü ailənin maddi problemlərinin həllində bacardığı qədər fəallıq göstərib. Ata-anasına yardımçı olub.

Deyir ki,- “Atam mühasib, anam isə evdar qadın idi. Böyük ailəmiz vardı- 7 qardaş, 2 bacı olmuşuq. Birinci sinifdən 10-cu sinifə kimi təhsil aldığım orta məktəbi əla qiymətlərlə bitirmişəm. Bütün bu 10 ildə “5”dən başqa qiymət almadım. Halbuki, çox çətin şəraitdə yaşayırdıq. 10-12 yaşımdan etibarən ailəmizin dolanışığına kömək etmək, çörəkpulu qazanmaq üçün dərsdən sonra meşəyə odun qırmağa gedirdim. Gətirib, həmin odunları kənddə satır, ailəmizin ehtiyaclarına xərcləyirdik. Bir müddət sonra böyük qardaşım Bakıda Tibb İnstitutuna daxil oldu. Artıq tələbə olan qardaşıma da maddi köməklik etmək lazım gəlirdi...

Kəndimizdə bütün ailələr bizim kimi yaşamırdı. Bəzi ailələrdə uşaq sayı az olduğundan həyat şəraiti normal idi. Bizim kimi çoxuşaqlı ailələrdə isə uşaqların hamısının geyinib-keçinməsi, oxuması maddi problemlərə səbəb olurdu. Evimizdən yalnız atam işləyirdi. Gəlir az, külfət çox olduğuna görə, bütün ailənin atamın maaşı ilə dolanması mümkün deyildi. İşləməsəydim oxumaq, Bakıda təhsil alan qardaşıma maddi kömək etmək imkanımız olmazdı...”

Haqqında söhbət açdığım Vahid Əhmədov 1947-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində dünyaya gəlib. Qonaqkənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, Azərbaycan Politexnik İnstitutunda ali təhsil alaraq mühəndis-energetik ixtisasına yiyələnib. Dörd il indiki Səttərxan adına maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışıb. 1971–1972-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra, yenidən maşınqayırma zavoduna qayıdaraq orada beş il sex rəisi vəzifəsində işləyib. Daha sonra Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirib. 1981–1983-cü illərdə Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis vəzifəsində çalışıb. 1983–1986-cı illərdə "Bakı fəhləsi" adına maşınqayırma zavodunun, 1986-cı ildə Keşlə maşınqayırma zavodunun, 1989-cu ildə "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru olub. 1989–1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunda təhsilini davam etdirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülüb. Almaniyada təhsilini başa vurduqdan sonra, 1992- ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə baş nazirin müavini vəzifəsinə təyin olunub. Bir qədər bu vəzifədə çalışdıqdan sonra baş nazirin birinci müavini vəzifəsi ona həvalə edilib. İki il sonra bu vəzifədən azad olunub. Həyatının sonrakı hissəsi parlamentlə bağlıdır. Xidmətlərinə görə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb...

Göründüyü kimi aşağıdan yuxarıya uzun yol keçib. Kifayət qədər savadı və zəngin təcrübəsi var. Məhz bunların sayəsində iqtisadiyyatı güclü bilir, verdiyi proqnozlar doğru çıxır. Bir iqtisadçı millət vəkili kimi də fəaldır, xalqın mənafeyinə uyğun çıxışları ilə özünə rəğbət qazanıb. Mənəviyyata bağlı, ənənəyə sadiq adamdır. Heç vaxt insanlara yuxarıdan aşağı baxmaz. Necə deyərlər, uşaqla uşaq, böyüklə böyükdür. Kiminsə xətrinə dəymək, kobudluq etmək təbiətinə ziddir.

Bəli, haqqında danışdığım Vahid Əhmədov Azərbaycan xalqının sevimli ziyalılarından biridir və xalqını sevməyi bacarır…

Aprelin 2-də 76 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat, xoş günlər arzulayıram.

Elman Eldaroğlu

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

John Doe 1 il əvvəl

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

John Doe 1 il əvvəl

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

John Doe 1 il əvvəl

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

John Doe 1 il əvvəl

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

John Doe 1 il əvvəl

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com