Martın 31-də Lənkəranda Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub. AZpressmedia.AZ xəbər verir ki, səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri Lənkəran şəhərinin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidə önünə tər güllər düzülüb, soyqırım zamanı günahsız qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsi ehtiramla yad olunub.
Daha sonra Lənkəran Dövlət Dram Teatrında 2016-cı ildə 4 günlük aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində qazanılmış böyük zəfərimizi vəsf edən "Haqqın 44 günü" tamaşasına baxış olub.
Anar Babalının müəllifi və quruluşçu rejissoru olduğu bu səhnə əsərində igid oğullarımızın göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapır.
Maraqla baxılan tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları aktyorlardan Səyad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə ifa ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.