Kosmik hava durumu – Hesabat dövrü ərzində maksimum alışma 20 mart tarixində baş vermiş M 1.2 sinifli alışma olmuşdur. Hal-hazırda Günəşin səthində 8 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı artaraq 125 olmuşdur. Martın 20-də Yerə yönəlmiş 2 Tac Kütlə Atılması (CME – Coronal Mass Ejections) qeydə alınmışdır. Martın 16-dan Günəşin səthində tac dəlikləri müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox elektron seli geostasionar orbitdə həyəcanlaşmış səviyyədə olmuşdur (746 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.
Günəş küləyinin sürəti artaraq Yer orbitində 647.7 km/san-ə çatmışdır. Tac Kütlə Atılmalarının təsiri nəticəsində planetlərarası maqnit sahəsinin intensivliyi 23 martda artaraq 22 nT, radial istiqamətdə isə -17 nT-yə çatmışdır. Hal-hazırda isə planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində 7.24 nT, radial istiqamətdə isə 0.25 nT-dir.
Martın 20-də qeyd alınan böyük Tac dəliyi və Yerə doğru yönəlmiş Tac Kütlə Atılmaları səbəbilə 23-24 mart tarixlərində maqnit qasırğası qeydə alınmışdır. 24 mart tarixində qasırğanın gücü artaraq, G4 (7 Kp) səviyəsinə kimi yüksəlmişdir. Hal-hazırda isə geomaqnit sahə sakitdir (+1 Kp).
Kosmik hava proqnozu – Proqnoz günlərində (27 mart - 02 aprel) C sinif alışmanın baş vermə ehtimalı 90%, M sinif (R1-R2) 10%, X sinif isə 1% təşkil edir.
Enerjisi 2 MeV olan elektron selinin 27-29 martda Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin (CH HSS – Coronal Hole High Speed Streams) təsirindən yüksək səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Geomaqnit sahənin həftə ərzində aktiv olacağı gözlənilir. Belə ki, 27-28 martda mənfi qütblü CH HSS təsiri nəticəsində Günəş küləyinin sürətinin bir qədər də artacağı proqnozlaşdırılır. 30 mart tarixində isə G1 sinifli maqnit qasırğası gözlənilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.