Novruz bayramı günlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə filialın tələbələri torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində şəhid olmuş həmvətənlərimizin və qazilərin ailələrinə baş çəkiblər. Ailələrlə görüş zamanı Vətən naminə canlarını qurban vermiş şəhidlərimizin adının xalqımız tərəfindən daim uca tutulduğu, onların qəhrəmanlıqlarla dolu həyat yolunun gənclərə örnək olduğu bildirilib, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müharibədə qələbənin qazanılmasında şəhidlərimizin, qazilərin əvəzsiz xidmətlərindən bəhs olunub.
Tələbələr şəhid və qazilərin ailələrini Novruz xonçaları ilə təbrik edib, şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla baş əydiklərini və ömürboyu onlara borclu olduqlarını bildirib, qazilərə tezliklə sağlamlıqlarına qovuşmalarını diləyiblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.