Naxçıvan Dövlət Universiteti istər elm, istərsə də tədris prosesləri sahəsində islahat və yeniliklərini inamla davam etdirir. Bütün tədris illərinin yekunları üzrə etibarlılıq, alternativlilik və perspektivlilik əsas tutulmaqla, müəyyən olunan hədəflərini daha da əlçatan edən Ali Məktəbimiz, yeni 2022-2023-cü tədris ilində də yoluna əhatəli uğurlarla davam etməkdədir. Belə ki, Beynəlxalq Unirank reytinq agentliyi tərəfindən 2023-cü il üzrə Azərbaycan Universitetlərinin reytinq sıralaması dərc olunmuşdur. Həmin ardıcıllıqda Naxçıvan Dövlət Universiteti VI yerdə qərarlaşmışdır.
Reytinq cədvəlinin ölçü meyarlarına diqqət etdikdə, aydın olur ki, burada:
-Elm və Təhsil Nazirliyi tərəfindən nizamnamə, lisenziya və ya akkreditasiyaya malik olmaq;
- Ən azı 4 illik bakalavr və ya aspirantura dərəcələri (magistr və ya doktorluq dərəcələri) təklif edən;
- Tədrisin əsasən ənənəvi, üz-üzə, distant olmayan təhsil formatında aparılması kimi meyarlar əsas götürülmüşdür.
Ali məktəbin yeni inkişaf mərhələsində Texnopark quruculuğuna, STEAM təhsilinə, ikili diplom layihələrinə və bunlar kimi digər perspektivlərinə diqqət etdikdə, qarşıdakı dövlərdə daha mühüm mövqelərdə təmsil olunacağını deməyə əsaslarımız olur. Xeyirli olsun.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.