Karolina Universitetinin (ABŞ) alimləri sübut edir ki, rasionda göyərtilərin (xüsusilə kahı, ispanaq, vəzəri, turşəng, gicitkən, cəfəri, pərpətöyün kimi göyərtilərin) çox olması qaraciyərin yağlanmasının riskini xeyli azaldır.
Alimlər bunu göyərtilərin tərkibində nitrat maddəsinin olması ilə izah edirlər. Orqanizmə düşdükdən sonra nitratlar azot oksidinə çevrilir ki, məhz bu maddə qaraciyərin sağlamlığına müsbət təsir edir, piylənmədən qoruyur. Azot oksidinin həmçinin digər faydalı xüsusiyyəti də var. Azot oksidi damarları genişləndirir və bununla da təzyiqi normallaşdırmağa kömək edir.
Mütəxəssislər qeyd edir ki, qaraciyərin yağlanmasından əziyyət çəkənlər də mütləq hər gün göyərti yeməlidir. Bu piylənmənin səviyyəsinin azalmasına kömək edəcək.
Bildiyimiz kimi, qaraciyərin yağlanması çox ağır pozulmadır ki, onun nəticəsində insanda qaraciyər sirrozu inkişaf edə bilər.
Mütəxəssislər hər gün 200 gr göyərti yeməyi tövsiyə edirlər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.