Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarların dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstəyi ənənə halını alıb.
İstər pandemiya dövründə, 44 günlük Vətən müharibəsində, istərsə də son günlərdə qardaş Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə humanitar yardım aksiyalarında soydaşlarımızın sosial həmrəylik nümayiş etdirməsi bunun bariz nümunəsidir.
Respublikamızın hər yerində olduğu kimi Masallıda da, rayon icra hakimiyyətinin başçısı Araz Əhmədovun təşəbbüsü, sahibkarlar və xeyirxah insanların dəstəyilə imkansız və şəhid ailələrinə, müharibə əlillərinə müxtəlif sosial yönümlü layihələr çərçivəsində kömək göstərilir, yardımlar edilir.
Bu ənənə bu gün də Masallıda davam edir. Əlamətdar gün və bayramlar öncəsi nəcib aksiya iştirakçıları şəhid ailələrinə baş çəkir, onların sosial vəziyyətləri ilə maraqlanırlar.
Növbəti xeyriyyə missiyası Novruz bayramı ərəfəsində gerçəkləşib.
Masallı rayonunun Birinci Yeddioymaq kəndindən olan, Rusiya Federasiyasında sahibkarlıqla məşğul olan iş adamı Üzeyir Salayev tərəfindən, sahibkar Vüsal Salayevin iştirakı ilə rayon üzrə Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə (150 ailə) ərzaq yardımı göstərilib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyi və iş adamlarına minnətdarlıqlarını bildiriblər.
Akif AĞAYEV.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.