“Azərbaycan məktəbi” jurnalının kollektivi martın 16-da Qərbi Kaspi Universitetinin professor-müəllim heyəti ilə görüş keçirib. Tədbiri universitetin prorektoru, iqtisad elmlər doktoru, professor Səfər Pürhani açaraq redaksiya heyətini tədbir iştirakçılarına təqdim edib.
Baş redaktor Arzu Soltan 2024-cü ildə 100 yaşı tamam olacaq “Azərbaycan məktəbi” jurnalı haqqında məlumat verib, burada çap olunan məqalələrin mövzu istiqamətləri ilə müəllimləri tanış edib. Baş redaktor müavini Nəsrəddin Musayev jurnalın tarixindən, burada çap olunan müəlliflərdən və təhsilin inkişafına verdiyi töhfələrdən bəhs edib.
Daha sonra universitetin professor-müəllim heyətini maraqlandıran suallar cavablandırılıb, onların təklifləri və tövsiyələri dəyərləndirilib.
Jurnalın redaksiya heyəti həmçinin Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbində biologiya üzrə fəlsəfə doktoru, Təbiət elmləri kafedrasının müdiri Səltənət Ağayeva, biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətovla görüşüb.
Görüş zamanı universitetin həyata keçirdiyi yeni layihələrlə tanışlıq baş tutub, jurnalla universitet arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.