Mart ayının 27-si Azərbaycan elmi ictimaiyyətinin bayramı - Elm Günüdür.
Bu əlamətdar gün ilə əlaqədar keçiriləcək tədbirlər planı çərçivəsində, 27-28 mart 2023-cü il tarixlərində Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Açıq Qapı günü keçiriləcək.
Açıq qapı gününün proqramına Şamaxı Astrofizika Rəsədxanasında gündüz ekskursiyası zamanı muzey və 70 sm-lik teleskopla tanışlıq daxildir.
Ekskursiya əsnasında rəsədxananın təcrübəli bələdçilərinin müşaiyəti ilə ŞAR-ın yenilənmiş muzeyindəki eksponatlar, o cümlədən Elm Günü ilə əlaqədar yaradılmış “Nobelçi Astrofiziklər” guşəsi ziyarətçilərə təqdim ediləcək. Guşədə Nobel mükafatı təsis olunduğu vatxdan bu günədək həmin mükafata layiq görülmüş Astrofizik alimlər və onların elmi nailiyyətləri haqqında məlumatlar yer alır.
Gecə ekskursiyası zamanı isə əlavə olaraq ŞAR-ın 70 sm-lik teleskopunda Ayın və Marsın müşahidəsi nəzərdə tutulub.
Astronomiya elminə marağı olan hər kəsi tədbirimizdə iştirak etməyə dəvət edirik!
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.