Müəllimlik dünyanın ən gözəl və müqəddəs peşələrindən biridir. Heç bir cəmiyyət müəllimsiz inkişaf ede edə bilməz. Söhbət təbii ki,!savadlı, öz işini sevən, məsuliyyətli və təhsildə öz sözünü demiş, gələcək nəsli irəli aparan fədakar müəllimlərdən gedir. Belə müəllimlərdən biri də Şəkinin Orta Zəyzid kəndi Asim Kamil oğlu adına 1 saylı tam orta məktəbin direktoru Əli Rasulovdur.
Əli müəllim 36 il adı çəkilən məktəbin direktoru kimi çalışmışdır. Onun fəaliyyəti müddətində məktəb təhsil ocagı kimi daim öndə olaraq hazırda da Respublikanin öndə seçilən məktəblərindən biridir.
Xarici dil olaraq fransız və alman dilləri tədris olunan məktəbə dəfələrlə Almaniya və Fransa səfirliklərindən numayəndələr gəlmiş, məktəbin uğurlarını qeyd etmişlər. Təhsil ocağının hər il 80-90% məzunu tələbə adı qazanaraq ali təhsil ocaqlarına daxil olurlar.
Uzun illər bu məktəbə layiqincə rəhbərlik etmiş Əli müəllim kollektivlə və şagirdlərlə vidalaşmaq uçun məktəbə gəlmişdir. Bütün məktəb, muəllim kollektivi, valideynler, şagirdlər təntənəli şəkildə gül-çiçək dəstələri, alqış sədaları altinda Əli müəllimə öz sonsuz sevgi və minnətdarlıqlarını bildiriblər. İşini sevən, məsuliyyətli və vicdanlı bir muəllim məhz belə bir izdihamın sevgisiylə iş həyatından ayrila bilərdi. Əli müəllim kimi şəxsiyyətlər sayəsində gənc nəsil həyata daha inamlı addımlar atir, təhsildə daha uğurlu hədəflərə nail olurlar. Biz də Əli müəllimə həyatda can sağlığı, irəlidəki həyatında uğurlar arzu edirik.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.