Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə görüşüb.
Rektor Elçin Babayev son illər BDU-nun beynəlxalq əlaqələrinin daha da genişləndiyini, ikili diplom proqramlarının sayının 10-a çatdığını, müxtəlif ölkələrin nüfuzlu universitetləri ilə əməkdaşlıq müqavilələrinin imzalandığını bildirib. Həmin universitetlərin sırasında Macarıstanın 3 universiteti də var. Elçin Babayev BDU-nun bu əməkdaşlığın daha da genişləndirilməsi və macar universitetləri ilə ikili diplom proqramları imzalamaqda maraqlı olduğunu deyib.
Səfir Tamaş Yojef Torma isə Azərbaycanla Macarıstan arasında 30 illik əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib. İki ölkə arasında münasibətlərin inkişafında elm və təhsil əlaqələrinin mühüm önəm daşıdığını, Azərbaycanın ən böyük və qədim ali təhsil müəssisəsi olan BDU-nun bu prosesdə xüsusi rolunu vurğulayıb.
Görüşdə BDU ilə Macarıstan universitetləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair müzakirələr aparılıb.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.