Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi keçirilib. Sərgidə fakültənin tələbələrinin milli vətənpərvərlik ruhunda, eyni zamanda təbiətin gözəlliyini əks etdirən rəsm əsərləri nümayiş etdirilib.
Tədbirdə BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev, Beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov, Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin rəhbəri Mais Süleymanov, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov iştirak ediblər. Sərgidə fakültə əməkdaşlarının milli kulinariyamıza aid şirniyyatları, xonçaları və müxtəlif əl işləri də nümayiş etdirilib.
Tədbir tələbələrin ifasında bədii hissə ilə davam edib. Sonda BDU-nun folklorşünas alimləri tələbələrin Novruz bayramının tarixi ilə bağlı suallarını cavablandırıblar. Tədbir fakültə əməkdaşları və tələbələrin “Yallı” rəqsi ilə başa çatıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.