Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “İlaxır çərşənbə” adlı bayram tədbiri keçirilib. Ümumi şöbənin əməkdaşlarının təşkilatçılığı ilə həyətyanı sahədə - açıq havada təşkil olunan və “Novzuz çərşənbələri” silsiləsindən olan şənlikdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Şənliyin gedişində xalqımızın Novruz bayramı ilə bağlı zəngin ənənələrinə geniş yer verilib. Keçəl, Kosa və Bahar qızının gəlişi bayram şənliyinə xüsusi rəng qatıb. Şənlik iştirakçıları tonqal ətrafında yallı gedib, rəqs ediblər.
Qeyd edək ki, filialda Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir. Yaxın günlərdə tələbələr arasında elan olunmuş “Ən yaxşı Novruz xonçası” adlı müsabiqəyə təqdim olunan işlərə baxış keçiriləcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.