Baharın gəlişi Azərbaycanın hər bir yerində olduğu kimi, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə də qeyd edilib.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi və Gənclər İnkişaf Karyera Mərkəzinin (GİKM) Ağcabədi nümayəndəliyinin birgə əməkdaşlığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi keçirilib.
(GTM) Qarabağ regional ofisinin əməkdaşı Ülviyyə Qasımova bayram münasibəti ilə şənlik iştirakçılarını təbrik edərək, bildirb ki, Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, mehribançılıq və dostluq duyğularını özündə əks etdirir. Novruz bayramı həm də şən gülüşlər, humanist ideyalar bayramı kimi də qiymətləndirilir. Artıq 3 ildir ki, ölkəmizdə Zəfər qoxulu Novruz bayramı qeyd edilir. Buna görə də bu gün bütöv Azərbaycan olaraq baharın gəlişini böyük sevinc və zəfər ruhu ilə qeyd edirik.
Tədbirdə, GTM və GİKM könüllüləri rəqs nömrələri və səhnəciklərlə çıxış edərək uşaqları əyləndiriblər, Novruz adət ənənələrindən olan yumurta döyüşdürüb, haxıştalar,bayatılar səsləndiriblər. Kosa və keçəlin gəlişi uşaqların böyük sevincinə səbəb olub.
Daha sonra Novruz tonqalı qalanıb. Tonqal ətrafına toplaşan tədbir iştrakçıları, tonqal üzərindən atlayaraq, yallı gedərək bayramın gəlişini qeyd ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.