AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Şərqi Zəngəzur oykonimlərinin coğrafiya, tarix və dilçilik baxımından tədqiqi” yeni nəşri dərc edilib.
Kitabın müəllifi Coğrafiya İnstitutunun böyük elmi işçisi, c.ü.f.d. Natiq Babayev, baş redaktoru c.e.d. Zakir Eminov, elmi redaktoru c.ü.f.d. Mahirə Abbasovadır.
Beş fəsildən ibarət monoqrafiyada Şərqi Zəngəzurun tarixi ərazilərindəki yaşayış məntəqə adları araşdırılıb. Əsərdə Şərqi Zəngəzur oykonimlərinin öyrənilməsinin yaranma xüsusiyyətləri fundamental şəkildə şərh edilib, xalq coğrafi terminləri, eləcə də qədim türk mənşəli terminlər vasitəsi ilə yaranmış oykonimlərin araşdırılmasına üstünlük verilib. Dörd və beşinci fəsillərdə isə Şərqi Zəngəzur ərazisində xalqın daha qədim tarixi ilə bağlı olan tipinin - etnotoponimlərin hərtərəfli öyrənilməsi sahəsində, xüsusilə oğuzların bu ərazilərin aborigen sakinləri olduğunu sübuta yetirən uğurlu tədqiqat işi aparılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.